Kim deyər 40 yaşındadır?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 178
Səs ver:
(səs: 0)

Hollywoodun məşhur aktrisalarından Cameron Diaz, kişi jurnalı Esquire’ın noyabr sayı üçün poza verdi.
Keçdiyimiz Avqust ayından 40 yaşını dolduran Diaz, ''Fiziki olaraq, özümü 25 yaşında olduğumdan daha yaxşı hiss edirəm. Çox həyəcanlıyam, çünki yaşlanmaq həyatımın ən gözəl hissəsidir. Bu günə qədər öyrəndiklərimdən daha çox şey bilirəm'' şəklində danışdı.
İngilis mətbuatından The Daily Mail saytında yer alan xəbərə görə; bu müddət ərzində özünü çox daha yaxşı tanıdığını ve anladığını izah edən Cameron Diaz, 'ağıllı olduğu üçün evlənmədiyini' söyləyir: 
''Yoldaşlarıma baxıram və onların yaşlandıqca əlaqələrinin necə dəyişməyə uğradığını görürəm. Hər kəs dəyişir. Mən nə 20-li yaşlarımda nə də 30umda evlənmək istədim. Amma bir gün uşaq sahibi olmaq istəyirəm.'' 
Cameron Diazın jurnalda yer alan məşhur fotoqraf Terry Richardson imzalı fotoşəkillərinə baxılsa niyəözünə bu qədər güvəndiyini anlamaq güc deyil.

 






(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri