QaraQan "A" Kitabından Seçmə Sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 13 552
Səs ver:
(səs: 2)
QaraQan

Öz həyatımı film kimi çəksəydilər yarısında yuxuya gedərdim, ya da söndürüb deyərdim ki, bu Hollivud da hər zibil ssenariyə film çəkir.

Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidi.

Həyat bizi istədiyi kimi dəyişir.

Həyat paltar kimidir, həyat dükanında 1ci paltar məktəb-iş-ailə (tərzi etibarı ilə eyni model)

Axın bizi evinə yem daşıyan adi qarşıqaya çevirir (onsuz da qarışqa da ölür (cırcırama və qarışqa hekayəsində zoologi səhv) qarşıqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm)

21-ci əsr - hər şeyin 1 rasional açıqlaması var. Oğlum, ya pul qazan, ya da pul qazan.

Çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq.

Niyə insanlar özlərinə süni qəfəslər (sərhədlər) yaradırlar? Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər.

Dəmir türmə mənəvi türmədən yaxşıdır.

Dəmirlər insanlardan daha tez inkişaf edir (telefonlar artıq məftilsizdir, amma onunla yenə də qeybət danışılır)

Keçmiş lüğətlərdə elə 1 insan xasiyyəti yoxdur ki, sonradan arxaikləşsin (dəyişən yalnız formadı, mahiyyətsə dəyişmir)

Həyat onsuz da əvvəl-axır hamını vicdansız edir.

21-ci əsr 3 sözdən ibarətdir - intim, narkotik, şou.

Biz heç vaxt çirkin adamın yanında demirik ki, "çirkinlik pis şeydir"

Yeməyin 4 ləzzəti var: 1 - ətri, 2 - görünüşü, 3 - dadı, 4 - qarnına dolanda gələn hiss

Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidi.

Biz nə qədər fərqli olsaq da əslində hamımız eyniyik.

Həyat bizi istədiyi kimi dəyişir.
 
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 13 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri