İngiltərə yığması və "Çelsi" klubunun müdafiəçisi Eşli Koulun sabiq xanımı Şeril Koul deyəsən, bir qədər "yumşalıb".
27 yaşlı supermodel və teleaparıcının dediyinə görə, sabiq ərinə baş çəkib və keçmiş qaynanasına da hədiyyə verib.
Şeril bu günlərdə ABŞ-dakı "The X Factor" teleşousuna qatılacaq, münsiflər heyətinin üzvü olacaq.
Onun dediyinə görə, 30 yaşlı sabiq əri Eşli Koulla münasibətləri pozulsa da, nifrət hisslərinə tabe olmayıb.
"Eşli ilə ötən ilin oktyabr ayında boşandıq və o vaxtdan bəri aramızda düşmənçilik yoxdur. Ümumiyyətlə, aramızda nifrətin cücərməsinə imkan vermək olmaz", - Şeril deyib.