Rəqqasə: “İbrahim Tatlısəs məni dəfələrlə zorlayıb”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 733
Səs ver:
(səs: 1)

Bu qəribə iddia mediada səs-küy yaradıb.

Qadinlar.Biz-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sacit Aslan və Pelin Çininin aparıcılıq etdiyi "Aramızda Kalsın” proqramında qonaq qismində iştirak edən keçmiş rəqqasə Sibel Gökçe 20 yaşı olarkən İbrahim Tatlısəs tərəfindən zorlandığını deyib.

Başına gələn qorxunc hadisədən sonra özü-özünü müalicə etdiyini dilə gətirən Sibel Gökçe "mən hər kəsi bağışlamışam, amma şüuraltım hər şeyi xatırlayır” deyib.

İbrahim Tatlısəsə qarşı 2007-ci ildə də eyni iddialar irəli sürən S.Gökçe o vaxt da belə demişdi: "İ.Tatlısəs mənə dəfələrlə təcavüz edib. Bunu etdiyi ilk insan deyiləm” demişdi.

"O məni zorlayıb. Antep konsertinə bir yerdə getmişdik. O vaxt Dərya Tuna ilə bir yerdə idilər. Dərya xanım İbrahim Tatlısəsin kiminlə birlikdə olduğunu öyrənmək üçün dəfələrlə bizə zəng edib soruşurdu.

Mən də bir rəfiqəmlə birlikdə olduğunu dedim. Dərya xanımla danışdığımız üçün bizi otağına apardı. Kimin zəng etdiyini xəbər aldı. İnkar etdik. Otağın qapısının arxasında məni zorladı. Sənət dünyasından bir çox insan eyni hadisə ilə üzləşib!” – Sibel deyib.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri