9 yaşlı qızını zorlayan ərini öldürdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 860
Səs ver:
(səs: 2)
Milli.Az DHA-ya istinadən bildirir ki, olay Yüregir rayonundakı Yeşilbağlar məhəlləsində dünən yaşanıb. Tarlada çalışan Derya İ. işsiz əri Emrullah Baykuş ilə 11 il əvvəl dini nikahla ailə qurmuşdu.
Bu nikahda anadan olmuş 4 uşağın böyüyü, 9 yaşlı E.İ. anasına "Atam məni zorlayır!" demişdi.

Qızının iddiasına inanmaq istəmyən qadın martın 6-da, səhər saatlarında "İşə gedirəm" deyərək evdən çıxıb. Bir müddət sonra sakitcə evə qayıdan Derya yataq otağındakı çarpayının altına girərək gizlənib.

Onun dediyinə görə, bir müddət sonra əri Emrullah Baykuş oyanıb və qızı E.İ.-ni otağa çağıraraq çarpayıya yıxıb, öz övladı ilə cinsi əlaqəyə girib.
Öyrəndiyindən şoka düşən Derya nə edəcəyini bilməyib.
İki saat sonra çarpayının altından çıxan qadın qonşuya gedərək başına gələnləri göz yaşları içində danışıb.
Dünən axşam isə o, yatmazdan əvvəl ərinin evdə qanunsuz saxladığı 2 tapançanı yastığının altına qoyub.

Ərinin yatmasını gözləyən qadın 00.40 radələrində durub, tapançanı çıxarıb və ərinin başına atəş açıb.

Ərini öldürən qadın qohumlarına zəng vurub və hər şeyi danışıb.
Bundan sonra 2 tapança ilə bir ov tüfəngini götürən Derya İ. evə gələn qohumlarının maşınına minərək hadisə yerindən uzaqlaşıb.

Silah səsinə məhəlləyə gələn polis maşını qonşu küçədə saxlayıb.
Derya İ. həbs olunub, ifadə verir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri