“Məktəbli qızları yaşlı kişilər bu xəstəliyə yoluxdurur“ - AİDS dəhşəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 207
Səs ver:
(səs: 1)
Cənubi Afrikada Respublikasında orta məktəb yaşlı qızlar arasında AİDS xəstəliyinə yoluxma halları dəhşətli dərəcədə artıb.

Qadinlar.Biz-in xəbərinə görə, orta məktəbdə oxuyan hər 100 qızdan 28-i AİDS xəstəliyinə yol açan HİV daşıyıcısıdır.

Cənubi Afrika Respublikasının səhiyyə naziri Motsoaledi qızlar arasında AİDS-ə yoluxanların sayının bu qədər çox olmasından şoka düşdüklərini bildirib. Nazir oğlanlar arasında isə hər 100 nəfərdən 4-nün HİV daşıyıcısı olduğunu deyib: "Qızlarla əlaqəyə girənlərin oğlan şagirdlər olmadığı bəllidir. Qızlarla yaşlı kişilər əlaqəyə girir və onları bu xəstəliyə yoluxdururlar. Bu cür yaşa bilmərik. Qızların pul qarşılığında yaşlı kişilərlə cinsi əlaqəyə girməsinin qarşısı alınmalıdır.

Qeyd edək ki, 2011-ci ildə Cənubi Afrikada ən kiçiyi 10 yaşlı olmaqla 94 min qız hamilə qalıb. Onlardan 77 mini abort etdirib. 50 milyon əhalisi olan Cənubi Afrikada 6 milyon nəfər HİV daşıyıcısıdır. 2012-ci ildə ölkədə 260 min nəfər AİDS-dən dünyasını dəyişib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri