15 yaşlı qızına təcavüz edilən ata qeyri-adi yola əl atdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 923
Səs ver:
(səs: 6)
Türkiyənin Dənizli şəhərində 15 yaşlı qızının öz qohumu tərəfindən təcavüzə məruz qaldığını deyən ata şübhəli şəxsin layiqli cəza alması üçün qeyri-adi yola əl atıb.

Qadinlar.Biz-in xəbərinə görə, ata sosial şəbəkələrdə "Qızım üçün ədalət istəyirəm" başlığı altında imzatoplama kampaniyası başladıb.

Bir çox məşhur sənətçi və jurnalistlərin də qatıldığı kampaniyadan sonra Türkiyənin Ailə və Sosial siyasət naziri Fatma Şahin məsələyə müdaxilə edib. Rəsmi Twitter səhifəsində açıqlama yayan nazir bu işlə ciddi məşğul olacağını deyib: "Artıq qızımız dövlət tərəfində qorunacaq. Biz axıra qədər bu hadisənin üstünə gedəcəyik".

İnternetdə http://imza.la/tecavuze-ugrayan-kizim-icin-adalet-istiyorum başlığı ilə başladılan imzatoplama kampaniyasına 12 min insan dəstək verib. Kampaniyanın olduqca uğurlu keçdiyini deyən ata Əhməd İ. deyib ki, yüzlərlə insan ona zəng edərək dəstək olub: "Qızımın kampaniyasına 12 min insan qoşulub. Ədalət üçün verilən bu dəstək məni çox sevindirdi. Qızıma əzab verən o insanın lazımi cəza alması üçün axıra qədər mübarizə aparacam".
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 5 923
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri