Ana internetə qoşula bilmədiyinə görə oxlovla oğlunu öldürdü

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3706
Paylaş:
Səs ver:
(səs: 3)

Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində övladını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən qadın həbs olunub. Hadisəyə səbəb isə onun oğlunun kompüterin tənzimləmələrini dəyişməsi və anasının virtual məkana daxil olmasını əngəlləməsi səbəb olub.

Qadinlar.Biz NEWSru.com-a istinadən xəbər verir ki, ana azyaşlı oğlunu qətlə yetirdikdən sonra onun cəsədini hissələrə ayırıb.

İstintaq Komitəsinin məlumatına görə, qadın bir neçə il bundan öncə öz ərini də qətlə yetirib. İstintaqın fərziyyəsinə görə, martın 24-də gecə saatlarında 34 yaşlı qadın evdə olarkən kompüterdən internetə qoşula bilməyib.

"11 yaşlı oğlunun kompüterin tənzimləmələrini dəyişdiyini anlayan qadın övladını cəzalandırmaq qərarına gəlib”, - deyə komitənin press-relizində bildirilir. Cani qadın məktəbli oğlunun müxtəlif yerinə oxlov ilə bir neçə zərbə endirib. Uşaq isə aldığı xəsarətlərdən keçinib.

Oğlunun tərpənmədiyini görən qadın onun bədənini hissələrə ayırıb və evin yaxınlığındakı zirzəmidə gizlədib. Martın 28-də o polisə gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (az yaşlının qətlə yetirilməsi) üzrə cinayət işi qaldırılıb.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3706
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv