Bakıda əri xaricdə olan qadına sevgilisi tərəfindən qanlı işgəncə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 590
Səs ver:
(səs: 5)

Qadın bıçaqla tanınmaz hala salınıb.

Bakının Sabunçu rayonunda gənc qadına insanlığa sığmayan işgəncə verilib. Bu gecə 20 yaşlı Əfşan Əhmədova məşuqu Ramin Mehdiyev tərəfindən tanınmaz hala salınıb.

Qadın ağır vəziyyətdə 3 saylı Klinik Xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatı xilas edilib.

Sabunçu RPİ-nin istintaq şöbəsindən Milli.Az-a bildirildi ki, dəhşətli hadisə Ə.Əhmədovanın yaşadığı mənzildə törədilib. Ailəli olan Ə.Əhmədova xeyli müddətdir Raminlə qeyri-rəsmi görüşürmüş. Ötən gün aralarında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. R.Meydiyev bıçaqla Əfşanın sifətinə silinməz kəsiklər atıb, kürəyindən, budundan, boğazının ön hissəsindən ümumilikdə 11 bıçaq xəsarəti yetirib.

Qadın xəstəxanada izi itirmək məqsədilə özü-özünə xəsarət yetirdiyini desə də, onun yalan danışdığı üzə çıxıb. R.Mehdiyev tapılaraq həbs edilib.

Fəhləliklə məşğul olan R.Mehdiyevin belə amansız olmasının dəqiq səbəbi bilinmir. Hadisəyə qısqanclığın səbəb olması ehtimal olunur.

Onu da əlavə edək ki, Ə.Əhmədovanın həyat yoldaşı hazırda başqa ölkədədir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığına ağır xəsarət yetimə maddəsi ilə cinayət işi başlanıb. İşin gedişində işgəncə və qəsdən adamöldürməyə cəhd maddələrinin tövsif edilməsi mümkündür.

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 6 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri