Nigar Camal(Həyat yoldaşım mənim hər bir işimdə mənə arxadır)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 823
Səs ver:
(səs: 1)
"Eurovision 2011” Mahnı Müsabiqəsinin Azərbaycan təmsilçiləri Eldar və Nigar yarışmaya ev sahibliyi edən Düsseldorfda mətbuat konfransı keçiriblər. Mətbuat konfransı bir neçə dildə keçib. Həm alman, həm ingilis, həm də rus dillərində ünvanlanan suallara təmsilçilərimiz  elə həmin dildə cavab verib. Duetə verilən suallar içərisində ən maraqlılardan biri Nigara ünvanlanmışdı: "Əks cinsin tərəf müqabilliyi ilə məhəbbətdən bəhs edən mahnı ifa etdiyinizə görə həyat yoldaşınız sizi qısqanmır ki?” Bu sualı təbəssümlə qarşılayan Nigar "O, hər işimdə mənə arxadır. Bir neçə ay öncə iki övladımla başım qarışanda heç aglıma da gəlməzdi ki, mən nə vaxtsa müğənni olaram, hətta böyük səhnəyə qədər gəlib çıxaram. İndi cox xoşbəxtəm” deyib. Avstraliya radiosunun müxbiri isə Eldara verdiyi sualla duet haqqında ətraflı məlumat əldə etdiyini göstərib: "Bilirik ki, nənəniz məşhur aktrisadır. Belə nəslin nümayəndəsi olmağınız sənət seçiminə təsir göstərib?” Eldar isə cavabında: Əlbəttə ki, sənətə sevgim və istedadıma görə nənəmə çox minnətdaram”. Növbəti sualı rusiyalı jurnalist səsləndirib: "Çox maraqlıdır ki, siz bayaqdan bəri bir neçə dildə sərbəst danışırsınız. Növbəti öyrənmək istədiyiniz dillər hansıdır?” Bu suala Eldar "fransız və ispan”, Nigar isə "ispan və italyan” deyə cavab verib. 
Mətbuat konfransı bütünlükdə olduqca yüksək əhval-ruhiyyədə keçib. Buna isə əsas səbəbkarlar elə Eldarla Nigarın özü olub. Onların hər suala ətraflı cavab vermələri ilə yadda qalan görüş həm də onların bir neçə canlı ifası ilə daha da səmimi şəkil alıb. Beləliklə, ən "romantik duet” müsabiqənin favoriti olmaq istiqamətində növbəti böyük addımını inamla atıb.

 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri