Qadınla evlənən qadının cinayəti...FAKT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 158
Səs ver:
(səs: 1)

Taliyə Məmmədova 1980-ci ildə Goranboy rayonunda anadan olub.

Uşaqlıqdan kişi paltarı geyinməyi xoşlayan Taliyəni qız kimi yaxın qohumları və məktəb yoldaşları tanıyıb.

Qalan hamısı onun oğlan olduğunu düşünüb. Taliyə Məmmədova özünə kişi adı kimi Taleh Məmmədov seçib.

Qadın psixologiyasını yaxşı bilən xanım Taliyə kişi paltarları geyinərək onlara özünü Tahir kimi təqdim edib və yaxın əlaqələr qurub.

Maddi imkanı zəif olan Taliyə ona etibar edən qadınları aldatmaq qərarına gəlir.

Nazilə adlı bacısının xeyriyyəçilik məqsədi ilə Bakıda imkansız adamlar üçün ucuz qiymətə ev tikəcəyini deyən Taleh, yəni Taliyə ona inanan şəxslərin etibarından istifadə edərək 200 min dollardan çox pul mənimsəyib.

Taliyə Məmmədovaya bu işdə Reyhan Həmzəyeva adlı rəfiqəsi də köməklik edib.

Taliyə Reyhanla məhkəmədə tanış olub. Taliyə Reyhana ərindən boşanmasında köməklik edib. Boşanma nəticəsində də Reyhana 1 otaqlı mənzil çatıb.

Ərindən boşanan Reyhan Taliyə ilə yaşamağa başlayıb. Reyhan Taliyənin "çöldə xoruz evdə fərə” olmasını bilib.

Vətəndaşları aldadarkən Taliyə Məmmədova ər, Reyhan Həmzəyeva isə onun həyat yoldaşı rolunu oynayıb.

Ər-arvad mənzil almaq istəyən insanlarla görüşüb, Talehin bacısının tikdiyi bina barədə məlumat veriblər.
 
Talehin qadın olmasından şübhələnməyən alıcılar da ucuz qiymətə ev alacaqlarını fikirləşib ona külli miqdarda pul ödəyiblər.

Talehin qurbanlarından Natiq Cəfərov beh kimi 12000, Xuraman Xəlilova 3 otaqlı mənzil üçün 14000, Sara Əhmədova 19500 dollar ödəyib. Ümumilikdə Taleh on vətəndaşdan 214 min dollar alıb.

Talehin əməlindən ən az zərərçəkən kişi kostyumları satışı ilə məşğul olan dükan olub. Taliyə oradan pulunu sonra ödəmək şərti ilə 560 manat dəyərində kişi kostyumu götürərək pulunu verməyib.

Taliyə yığdığı pulun əksəriyyətini şou-biznesə daxil olmaq üçün xərcləyib. Taleh Məmmədov disklərin buraxılmasına sponsurluq edib.

Taliyə xanımın, yəni Taleh bəyin əməlində ən çox zərərçəkən Rəna adlı xanım olub.

Rəna Hüseynovaya Taliyə özünü Reyhanın qaynı kimi təqdim edərək ondan 30 min dollar alıb və əvəzində yeni tikilən binada 6 otaqlı mənzil söz verib.

Bir müddət gözləyən Rəna xanım mənzilinə köçmək istəyəndə Taleh onu reklam lövhəsində Taleh MTK adı yazılan tikinti firmasına gətirərək "bu binada tikilir sənin evin, hazır olsun 5-ci mərtəbədə 6 otaqlı ev sənindir” deyib.

Daha bir qədər gözləyən Rəna xanım Taliyənin göstərdiyi "Taleh MTK”ya gəlib evinə baxmaq istəyib. Binanın girişində içəri buraxılmayan qadın müdir Taleh Məmmədovun yaxın adamı olduğunu bildirib. Rəna xanıma burada elə adam tanımırıq cavabı veriblər.

Rəna Hüseynova Talehə zəng edərək məsələyə aydınlıq gətirməsini istəyib. Talehdə "məni Avropa Şurası axtarır, ona görə orada sənə elə deyiblər” deyərək qadını sakitləşdirib.

Bundan sonra Taleh Rəna xanıma evin qiymətinin bir qədər bahalaşmasını deyərək daha 10 min dollara yaxın pul alıb.

Rəna xanımla vəziyyətin ağırlaşdığını görən Taleh, yəni Taliyə onun boşanan qızı ilə evlənmək qərarına gəlir. Qızla tanış olan Taleh onun razılığını alandan sonra ailəsinə qızla evlənmək istədiyini bildirir.

Ailəsinin təəccübləndiyini görən Taliyə Türkiyədə əməliyyat olunaraq artıq kişi olduğunu bildirib.

Elçilər Rəna xanımın evinə gələrək qızını qızları Taliyəyə-Talehə istəyiblər. Həri olandan sonra 2 gün qonaqlıq olub. Birinci gün evdə, sonra da Taleh bəy restoranda ziyafət verib. Bəylə gəlinin əlinə üzük də taxılıb.

Rəna xanımın qızı nişanlısının qız olmasından xəbərsiz olub.

Nişanlanma Taleh bəyə düşməyib. Talehin, yəni Taliyənin aldatdığı şəxslər dələduzların qurbanı olmalarını fikirləşərək polisə şikayət ediblər.

Polisə şikayət edən zərərçəkənlər Taleh Məmmədov tərəfindən aldadılmalarıdan şikayət ediblər. Polisin işini çətinləşdirən də bu olub. Zərərçəkənlərdən heç biri qadın tərəfindən aldadıldıqlarını bilməyib.

Polis telefon zənglərini və digər xüsusatları araşdırandan sonra Taleh Məmmədovun Taliyə Məmmədova olmasını müəyyən edib.

Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində Taliyə Məmmədova və Reyhan Həmzəyeva saxlanılıb.
 
İşdə maraqlı məqamlardan biri də o olub ki, zərərçəkənlərdən heç biri külli miqdarda pulunu verərkən bunu rəsmiləşdirməyib. Hamısı Taleh Məmmədovun kişi sözünə inanıblar.

Keçirilən məhkəmədə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə təqsirli bilinən Taliyə Məmmədova 11 il, Reyhan Həmzəyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qadınlar həbsxanasında cəza çəkən Taliyə xanım 6 ildən sonra azadlığa çıxacaq.

Taliyə xanımın özünü kişi kimi aparmasını nəzərə alsaq, onun üçün qadınlar həbsxanası o qədərdə darıxdırıcı olmamalıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri