Evlənmək istəyən ərini baltalayan qadına hökm oxunub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 114
Səs ver:
(səs: 4)

İkinci dəfə evlənmək istəyən ərini baltalayan qadına hökm oxunub


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini Gülbəniz Ələkbərovanın məhkəməsi başa çatıb.

Qadinlar.Biz-in məlumatına görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə G.Ələkbərova qəsdən adam öldürmədə təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vətəndaş Səfiyyə Həşimova Sabirabad RPŞ-yə müraciət edərək rayonun Suqovuşan kəndində yaşayan qardaşı 48 yaşlı Zeynal Ələkbərovun itkin düşdüyünü bildirib. Bununla əlaqədar rayon Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin avqust ayında Z.Ələkbərovun ötən il yanvarın 16-da həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən öldürülməsi müəyyən edilib və o tutulub.

İlkin istintaqla o da məlum olub ki, Gülbəniz Ələkbərova keçən il yanvarın 16-da gecə saat 03.00 radələrində aralarındakı şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində əri Zeynal Ələkbərovun baş nahiyəsinə balta ilə vuraraq onu qəsdən öldürüb və meyiti yaşadıqları evin zirzəmisində basdırıb. İstintaq-əməliyyat qrupu tərəfindən zirzəmidə basdırılmış meyit çıxarılaraq müayinə olunub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd balta və digər maddi sübutlar götürülüb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü gecə Qazaxıstandan gələn əri onun üstünə başqa arvad gətirəcəyini bildirib. Bundan əsəbiləşən qadın baltaya əl atıb.

İstintaq zamanı Gülbənizin də ərinə xəyanət etdiyi məlum olub.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 5 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri