Satanistlər azərbaycanlı qızı şikəst elədilər!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 6 528
Səs ver:
(səs: 5)
Bize  öz hekayəsini danışmaq istədiyini, övladının ona verdiyi əzablardan utandığını dilə gətirir.
Onu sakitləşdirirəm. Söhbətə başlayırıq. Adı Tamaradır, 56 yaşı var. Anası Kazan tatarı, atası isə bakılıdır. Yeganə qızı Ayselin 4 yaşı olarkən həyat yoldaşı qəza nəticəsində dünyasını dəyişib. Tamara qızını köməksiz, tək-tənha böyüdüb. Gündüzlər məktəbdə müəllimə, gecələr isə evdə şirniyyat bişirib qızını heç kimə möhtac etməyib. 
Aysel orta məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ili də Azərbaycan Dillər Universitetinə daxil olub. Ana ilə qızın arasında 18 ildə heç bir narazılıq, anlaşılmazlıq yaşanmayıb. Ayselin dünyada anasından, anasının isə ondan başqa heç kimi olmayıb. Anası qızının yaxşı təhsil alması üçün əlindən gələni edir.
Tamara deyir ki, qızım ikinci kursda oxuyanda hər şey tamamilə dəyişdi. Həyatımı həsr etdiyim övladım sözümü dinləməməyə başladı. Hər şey bir andaca dəyişdi. Aysel əvvəlki Aysel deyildi. Gün ərzində nə iş gördüyünü detallarına qədər mənə danışan qızım universitetdə dərslər bitdikdən sonra hara getdiyini, axşam saat səkkizə qədər harada olduğunu daha mənə danışmırdı. 
Qızımın geyimi, danışıq tərzi, mənə münasibəti tamamilə dəyişmişdi. Onunla nə baş verdiyini anlaya bilmirdim. Əvvəllər rəfiqələri ilə evə toplaşıb çay içib söhbət edən qızım bütün rəfiqələrinin zənglərini rədd edirdi. Mənə elə gəlirdi ki, o kiməsə vurulub, eşq acısı çəkir. Özündən soruşanda isə cavab verməkdən imtina edirdi. 
Ayselin lal-dinməzliyi məni dəli edirdi. Universitetlə əlaqə saxladım. Qızımın aylarla dərsə gəlmədiyini eşidəndə sanki havalandım. 
Universitetdən qayıdanda qızımı evdə gördüm. Onunla danışmağa cəhd etdim. Universitetə niyə getmədiyinin haqq-hesabını soruşmaq istədim. Qızımı təkbaşına əziyyətlə böyütmüşdüm. Həyatımı onun xoşbəxtliyinə həsr etmişdim. Qızımı bircə dəfə də qəmgin olmağa qoymamışdım. İndi gəncliyimi həsr etdiyim qızım burulğanın ortasında idi. 
Aysel ən adi sualıma da əsəbi cavab verirdi. Universitetə niyə getmədiyini soruşanda verdiyi cavab məni dəhşətə gətirdi. Qızım deyirdi ki, təhsil müəssisələrinin məqsədi insanları ilan yuvasına itələməkdir, reallıqdan uzaqlaşdırmaq üçündür. Ömrümün 25 ilini pedoqoji fəaliyyətə həsr etmişdim. Qızımın vəziyyətinin ağırlığını bu cavabdan sonra anladım. Gecə ikimiz də yatağımıza getdik. Düşündüm ki, sabah açılar və daha ayıq başla onunla söhbət edərəm.
Səhər yuxudan oyananda qızım artıq getmişdi. Yatağına isə məktub qoymuşdu. Aysel əcaib şeylərdən bəhs edirdi. Deyirdi ki, ailədə yaşamaq, təhsil almaq, uşaq doğmaq təbiətin verdiyi nemətlərdən imtinadır, insanı məngənəyə salıb reallıqdan uzaqlaşdırmaq üçündür. Qızımın son cümləsi isə belə idi : "Xoşbəxt olmağa gedirəm”.
Ayselin mobil telefonuna zəng çatmırdı. Universitetə getdim, bütün rəfiqələrinə zəng etdim. Ayseli "gördüm” deyən olmadı. İki gün göz yaşı tökdüm. Qızımı qapı-qapı axtardım. Nəhayət, polisə müraciət etdim. Polis Ayseli axtarışa verdi. Onu yenə də tapmaq mümkün olmadı. 
Ağlamaqdan gözlərim tutulurdu. Tək idim. Dünya mənə dar gəlirdi. Özümü öldürmək istəyirdim. Məktəbdə müəllim yoldaşlarım özümü öldürəcəyimdən qorxub hər gün biri yanımda qalırdı. 
3 ay sonra Aysel qəfildən qapıda göründü. Heç gözləmədiyim anda qızım gəlib çıxmışdı. Sevincimdən uçurdum. Qızımın əllərini öpürdüm. O, yenə də heykəl kimi üzümə baxırdı. Mənə sənədlərini götürüb gedəcəyini dedi. Onun ayaqlarına düşüb getməməyi üçün yalvarırdım. Ayselin üst-başından yoxsulluq, dilənçilik yağırdı. Onu əvvəllər görməyən, tanımayan adam dilənçi olduğunu düşünərdi. Gözünün ətrafını qara göz qələmi ilə qəribə formada haşiyəyə almışdı. Şalvarı cırıq-cırıq idi. 
Dediyi kimi etdi. Sənədlərini götürüb çıxdı. Ayaqyalın onun ardınca qaçdım. Nə qədər çalışdımsa, tutub saxlaya bilmədim. 
Polisə getdim. Qızımın vəziyyətini danışdım. Polislər məni sakitləşdirib evə göndərdilər. İki gün sonra polisdən xəbər aldım ki, polislər qızımı dini sektada tapıblar. 
Qızım sekta ilə sevdiyi oğlan vasitəsi ilə tanış olub. Sektanın təlimatlarına görə isə valideyn onların inandıqları şeytanın məhv olmağına çalışır. Bu da mənasız, rəngsiz həyat yaşamağa məcbur edir. Polislər qızımdan başqa iki nəfər oğlanı və üç qızı da tapıb ailələrinə verdilər. Onları heç bir cinayət törətmədiklərinə görə məsuliyyətə cəlb etmədilər. Konkret olaraq Satanaya, yəni şeytana inandıqlarını da sübut etmək mümkün olmadı. 
Aysel evə gəldiyi gün qırğın-qiyamət qopartdı. Evdəki hər şeyi sındırıb yerlə yeksan etdi. Sonra otağına keçib qapını bağladı. Təxminən, iki saat otağından çıxmadı. Sonra burnuma yanıq qoxusu gəlməyə başladı. Mənə əvvəlcə elə gəldi ki, o saçlarını fenləyir. Yanıq qoxusu getdikcə artmağa başladı. Qapını nə qədər döyəclədimsə, qızım qapını açmadı. Qapını sındırıb içəri girəndə gördüm ki, qızım bütün paltarlarını üst-üstə yığıb yandırır. Şoka düşdüm. Nə edəcəyimi bilmədim. Yanğın artmağa başladı. O biri otaqlara alov dilimləri yayıldı. Qızım məni evdə qoyub qaçıb getdi. Qapının çərçivəsi sınıb üstümə düşdü. Sonra nə olduğunu xatırlamıram. Gözümü açanda xəstəxanada idim. Ayağım zədələnmişdi. Bir daha əvvəlki kimi yeriyə bilməyəcəkdim. Əllərim, üzüm isə yanmışdı. Bir aya yaxın xəstəxanada qaldım. Yanıma iş yoldaşlarımdan başqa heç kim gəlmədi. Qızım bircə dəfə də olsun, zəng etmədi. Gözüm bir ay xəstəxana qapısında qaldı. Yanıq yerlərindən çox qızımın mənə verdiyi mənəvi əzab ürəyimi göynədirdi. 
Bir ay sonra xəstəxanadan çıxdım. Evimdə yaşamaq mümkün deyildi. Pəncərələr, qapılar, evin əşyaları, hər şey yanmışdı. Nə edəcəyimi bilmirdim. Ümidsizliyə qapıldım. Çarəsiz idim. Müəllim yoldaşlarımdan uzun illər əvvəl mənə evlilik təklif edən Sabir müəllim evimə gəldi. Fikrində qəti olduğunu, evlənmək təklifinin qüvvədə olduğunu dedi. 
Ayağım şikəst olmuşdu. Üz-gözüm yanıqlar içində idi. Evimi isə qızım yandırıb başıma uçurtmuşdu. Gücüm tükənmişdi. Razılıq verdim. Rəsmi nikah bağladıq. Sabiri illər idi ki, tanıyırdım. Onunla əvvəllər evlənməməyimə səbəb qızım idi. Qızıma ögey ata xiffəti çəkdirmək istəməmişdim. Sabir evləndiyimiz gündən məni çox sakitləşdirdi. Hər qayğımı çəkməyə başladı. Evi təmir etdirdi. Artıq qızımın mənə çəkdirdiyi dağlar ürəyimdə qaysaqlanırdı. Yeganə qızıma sevgimin yerini kin tutmuşdu. Ancaq ana qəlbim imkan vermirdi ki, onu unudum. 
Qızım evliliyimizdən 4 ay sonra yenə də peyda oldu. Təzyiqdən və ayağımın zədələnmiş hissəsindən əziyyət çəkirdim. Məktəbdən də ayrılmışdım. Evin və mənim bütün qayğımı Sabir çəkirdi. 
Aysel içəri girdi. Sabiri evdə görüb dəliyə döndü. Evi yenə qarışdırmağa başladı. Sabir onu saxlamağa çalışdı. Qızımın narkotikanın təsiri altında olduğu açıq-aşkar görünürdü. O, evdən bahalı bir şey tapmağa çalışırdı. Əlinə heç nə keçmədi. Gözü Sabirin mənə aldığı üzüyə sataşdı. Zorla barmağımdan çıxartmağa çalışdı. Sabir onu zor gücü ilə saxlamağa çalışdı. Nəhayət, qızım Sabirə də əl qaldırdı. Balaca, taxta stulu onun başına çırpdı. Bu son hədd idi. Polisə zəng etdim. Ayselin başı evi axtarmağa qarışmışdı. Sabirin başından axan qan belə onu narahat etmirdi. Polis gələnədək qızımın evdə başını qatmağa çalışdım. Polislər qapıya yaxınlaşanda isə qızım özünü üçüncü mərtəbədən yerə atdı. O an elə bildim ki, dünya başıma uçdu. Qızımın arxasınca pəncərədən baxmaq üçün ayağa qalxmağa da ayaqlarımın taqəti çatmadı. Onun həyatından birdəfəlik əlimi üzmüşdüm. 
Onu xəstəxanaya götürdülər. Sabir ilkin tibbi yardım gördükdən sonra xəstəxanaya- Ayselin yanına qaçdı. Aysel ölməmişdi. Yuxarından tullananda ağaclara ilişdiyi üçün sağ qalmışdı. Həkimlər ilk versiya kimi dedilər ki, Ayselin ayaqları ömürlük şikəst olacaq. Çünki onun beli omba sümüyündən qırıqlanmışdı. Baş-beyin sümüyü isə bir neçə yerdən zədə almışdı. 
3 ay komada qalan Aysel gözlərini açanda məlum oldu ki, heç kimi xatırlamır. Onun yanına bu müddətdə inandığı sektadan heç kim gəlmədi. Mən isə qızımı bədbəxt edənlərdən polisə şikayət etmişdim. Polislər pişikləri qurban kəsib küçələrə atan rus sekta üzvlərini həbs etdi. Sonralar öyrəndik ki, azərbaycanlı qızlardan bu sektaya qoşulub həyatını itirənlər çox olub. 
Ayseli xəstəxanadan çıxartdıq. Hələ də heç kimi tanımır. Əlil arabasında onun bütün qayğılarını çəkməyə çalışıram. Sabir isə həyatını xəstə və əlil arvadına, şikəst qızına həsr edib. 
Hər dəfə Sabirə baxanda vicdan əzabı çəkirəm. O, mənimlə evləndiyi gündən ancaq əzab-əziyyət çəkib. Onun böyük sevgisi məni ölməyə qoymur”.
Əziz oxucu, uşaqları nə qədər qorumağa çalışsaq da, günün birində onların çoxdan uşaq olmadıqlarını, özlərinə aid dünya qurduqlarını öyrənirik. Hər kəsin öz dünyası, inancı var. Yetər ki, inancınız sizin və ailənizin həyatı bahasına başa gəlməsin. 
Publika

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 6 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri