Övladlığa götürülən azyaşlı qızın dəhşətli yaşantıları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 968
Səs ver:
(səs: 2)
Rusiyanın İstintaq Komitəsi Amur uşaq evindən ödladlığa götürülmüş azyaşlı qızla ABŞ-da qəddar rəftar edilməsi ilə bağlı araşdırmalara başlayıb.
Qadınlar.Biz in Rusiya KİV-ə istinadən xəbərinə görə, istintaq sirri olduğu üçün qızın adı açıqlanmır.
Əldə olunan materiallara görə, 2000-ci ildə Rusiyada anadan olan qız 2002-ci ildə Texas sakinləri tərəfindən övladlığa götürülüb. Bir ildən sonra atalığı qıza ağır xəsarət yetirib. Belə ki, o, uşağın belini qırıb. Nəticədə balaca qızın hər iki ayağı iflic olub və o, əlil arabasında gəzməyə məcbur qalıb. Texas məhkəməsi qızın atalığının 16 il, analığının isə 10 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Məhkəmədən sonra uşaq başqa ailəyə övladlığa verilib.
Ən dəhşətlisi isə odur ki, əlil qız başqa ailəyə övladlığa verildikdən sonra da işgəncələrdən qurtulmayıb. Belə ki, qızın analığı ailəvi dostlarının - baptist kilsəsinin təmsilçisinin pul və hədiyyələr qarşılığında dəfələrlə qıza cinsi təcavüz etməsinə icazə verib. Qızın atalığı buna qarşı çıxsa da, onlara mane ola bilməyib. Nəticədə o, özünü öldürüb. Qıza qarşı intimual zorakılıq hərəkətləri yalnız 2012-ci ildə, baptist kilsəsinin təmsilçisi öldükdən sonra dayanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu, Rusiyadan övladlığa götürülən uşaqların ABŞ-da faciə ilə üzləşməsinə dair ilk fakt deyil. Belə ki, bir qədər əvvəl Texas ştatında Rusiyadan övladlığa götürülmüş Maksim Kuzmin dünyasını dəyişdi. ABŞ polisinin məlumatına görə, analığı onu psixotrop preparatlar verib. Bununla yanaşı uşağın bədənində işgəncə izləri aşkarlanıb.
Bu hadisədən sonra Rusiyada uşaqların ABŞ vətəndaşlarına övladlığa verilməsi qadağan edilib.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri