Musa Musayev - Təranə Qumral "fırtınası" ŞOK budur!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 18 672
Səs ver:
(səs: 13)
Musayevlərin evində toy-bayramdır: "Nəslimizin üstündəki ləkə təmizləndi!"
Musa Musayevin Təranə Qumraldan boşanması Musanın yaxın qohumları üçün şad xəbər olub.
"Bu xəbər bizim ailə üçün toy-bayramdır. Bütün nəsil Musanın Təranədən ayrılmasını gözləyirdi. Hamı bizə göz aydınlığı verir. Nəslimizin üstündəki ləkə təmizləndi! Şükür, bu günü gördük. Amma çox heyflər olsun ki, 1 il əvvəl dünyasını dəyişən kiçik qardaşımız bu günü görmədi...". Təranə Qumralla xəyanət üstündə boşanan Musa Musayevin qardaşı Əli Musayev Anspess-ə müsahibəsini bu sözlərlə başladı. Əli bəy Təranə ilə evləndiyi üçün Musanı qardaşlıqdan çıxartdıqlarını deyib: "O qadına görə hamımız ondan üz döndərmişdik. Əmimiz Niyaməddin Musayev də Musa ilə tam əlaqəsini kəsmişdi. Biz çox dedik, amma Musanı inandıra bilmirdik. Onu dəlicəsinə sevirdi, kor olmuşdu. Musaya "Kor Musa" deyirdik..."
Əli Musayev qardaşının Təranə Qumraldan rəsmən ayrıldıqlarından yeni xəbər tutduqlarını və qardaşının illərdir aldanıldığını, istifadə edildiyini deyib: "Bütün var-dövlət Təranəyə qalıb. Neçə ildir birlikdə yaşayıblar, birlikdə toya gediblər, qazanıblar. Amma hər şey Təranənin adına imiş. Boşanandan sonra hər şey ona qalıb. Musanın adına bir "Range Rover" var, o da bankdadır. Əvvəlki ərindən olan 2 uşağı da Musanın üstünə yazdırıb. Guya o uşaqlar da Musadandır".
--------
"Facebook"da yazılanlar həqiqətdirmi?
Facebook sosial şəbəkəsində "Cabbar Musayev söz-söhbətin əlindən Bakını tərk etdi" yazıları heç də həqiqət deyil. Musiqiçinin dostlarından əldə etdiyimiz məlumata görə, Cabbar, qardaşı Musa Musayevin ailəsindəki dava-dalaşa görə ölkəni tərk etməyib.
O, Könül Kərimova ilə birlikdə Rusiyaya dəvət aldıqları məclisdə çıxış etmək üçün yollanıb və 5 gündən sonra vətənə qayıdacaq.
----------
Nərimanov Rayon Məhkəməsindən Milli.Az-a verilən məlumata görə, Təranə Qumral və Musa Musayev 2011-ci ildə rəsmi boşanıblar.

Bu barədə hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə qətnaməsi çıxarıb.
---------
Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayevin ittihamları qarşısında susmadı:

Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu. İnanın külli miqdarda borclanmışdı. Ondan-bundan borc yığıb pulları futbola yatırırdı.
3 min birindən, 3 min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca girmişdi. Mən artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Və bilmirəm çöllərdə mənə qarşı kim öyrədir. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb.
Heç indi də mobil telefonuna zəng çatmayıb. Azyaşlı qızım Sevgim qorxduğu üçün mən qonşuya keçdim. Jurnalistlər istəsə, Musanın borclu olduğu insanların nömrələrini onlara verə bilərəm.
Borc alıb kimlərə yedirdəcək, mən niyə balalarımın boğaznmdan, geyim-keçimlərindən kəsib ona xərcləməliyəm? Əvvəllər heç kim Musanı saymayanda mən onu kəşf elədim, onu adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri də var idi.
Ev şəraitində müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz axı? Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm”.

---------
"Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur".
"Musanın qeyrəti olsaydı, Təranədən çoxdan boşanardı".
Tanınmış bəstəkar Cabbar Musayev qardaşı Musa Musayevin Təranə Qumraldan ayrılması xəbərinə  vasitəsi ilə münasibət bildirib.
"Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o, nəinki nəslimizin adına, doğulduğu İmişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi, dedi ki, iki dünya bir ola ondan ayrılmayacağam. İndi ölüb yerə girsin. Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab etdi”.
Birdən Musa əsəbiləşib Təranəyə xəsarət yetirə bilərmi?
"Haradaydı Musada o qeyrət. Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır”.
(səs: 13)
Şərhlər: 3
Baxılıb: 18 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri