"Təranəni yataqda başqası ilə tutsaydım"...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 12 281
Səs ver:
(səs: 5)

Həyat yoldaşı Təranə Qumralı yataqda başqa kişi ilə tutduğunu deyən müğənni Musa Musayev hər kəsi heyrətə gətirəcək açıqlama verib.

Qadinlar.Biz-in məlumatına görə, o, "ANS” telekanalında yayımlanan "Şoubiz” verilişində bütün bu xəbərləri təkzib edib.

"Mənim adımdan yazılan bu xəbərlər şayiədir. Heç vaxt həyat yoldaşım Təranənin xəyanət etməsi və onu öldürmək istəyimlə bağlı açıqlama verməmişəm. Belə bir hadisə olmayıb. Əgər mən Təranəni yataqda başqası ilə tutsaydım, indi onu öldürmüşdüm. Özüm də gedib polisə təslim olmuşdum. Düzdür, biz indi ayrılmışıq. Amma mən o qədər qeyrətsiz deyiləm ki, buna yol verəm. Bu əxlaqsız xəbəri boş yerə yayıblar” - deyə müğənni bildirib. 

Bir daha xatırladaq ki, Musa Musayev məlum məsələylə bağlı mətbuata belə açıqlama vermişdi:

"Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

(səs: 5)
Şərhlər: 5
Baxılıb: 12 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri