Yayin hiti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 930
Səs ver:
(səs: 0)
26.04.13  

Yayın hitini Aysel oxuyacaq


Gənc müğənni Aysel Babayeva "AzeriLife Entertainment” şirkəti ilə birlikdə hazırladığı yeni mahnısını təqdim edəcək. 

"Böyük səhnə”, "Eurovision 2013”  müsabiqəsinin iştirakçısı olan Aysel bu mahnıya klip də çəkdirəcək. 

Müğənninin yeni mahnısının sözləri və aranjimanı Fərid Məmmədova, musiqisi Rasif Babayev və Fərid Məmmədova aiddir. Mahnıdakı bəzi effektlərlə (SFX) dicey Əli Abbasov məşğul olacaq. 
Fərid və Aysel mahnı haqqında tam açıqlama vermir. Onlar yalnız bəstənin bir xanım obrazını əks etdirəcəyini deyiblər. 

İlin hiti olacağı iddia edilən bəstəyə klipi rejissor Nicat Fərəcov çəkəcək. Tamaşaçılar mahnını ilk dəfə kliplə birlikdə dinləyə biləcəklər. 

 
 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri