Qoca əxlaqsız 4 bacını zorlayıb

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 363
Səs ver:
(səs: 5)
Tailandda 93 yaşlı Karl Yozef Krausun məhkəmə prosesi başlayıb.
Avstraliya vətəndaşı olan Kraus yaşları 7-15 arasında olan 4 bacını xüsusi amansızlıqla zorlamaqda suçlanır.
Tailandda yaşayan Kraus məşum cinayətlərini törədəndən sonra ötən il qonşu Myanmaya qaçsa da, həbs olunaraq geriyə, Banqkoka ekstradisiya edilib.
Əlil arabasındakı Kraus Tailandın şimalındakı Çianq Mayda polis maşınına oturdularaq məhkəməyə aparılıb.
Polisdən verilən məlumata görə, indi yeriyə bilməyən Karl Yozef Kraus cinyətlərini 2010-cu ildə törədib.
Ötən ay Sydney Morning Telegraph-a verdiyi müsahibəsində demişdi: "Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Onu bilirəm ki, istintaq başa çatana qədər, ya da hökm verilənədək ölə bilərəm. Artıq çox qocayam".
Almaniyada doğulmuş Avstraliya vətəndaşı Karl Yozef Krausun vəkillərinin dediklərinə görə, o, bir sıra ciddi xəstəliklərə, o cümlədən demensiya və xərçəng xəstəliyinə mübtəladır.İstintaq materiallarına görə, 10 il Tailandda yaşamış Kraus 2008-ci ildə 4 bacı ilə tanış olmuşdu.Sabiq dəmiryolçu böyüyü 15, kiçiyi 7 yaşda olan bacılara ingilis dili öyrətməyi təklif edib.Daha sonra o, qızlara şokolad və pul verərək şirnikləndirib, evinə aparıb.
Həmin günün axşamı qızlar evə qayıdanda "qoca baba"nın onlara dəfələrlə təcavüz etdiyini valideynlərinə deyiblər.
Krausun evində aparılan axtarış zamanı polis onun kompüterində pedofiliya mövzulu 100-dən artıq intimoqrafik fotoşəkil aşkarlayıb. Kraus isə bildirir ki, polislər ona 15 min dollar rüşvət təklif edib və bu pulun müqabilində "hər şeyi unudacaqlarını" söyləyiblər.
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 5 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri