Şou biznesimizin "bicbala" doğanları [SİYAHI]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 29 892
Səs ver:
(səs: 10)

Əvvəllər şou-biznes deyəndə ilk yada düşən qalmaqal, ifrat bərbəzəkli qadınlar, özünü burcudan kişilər, pul, saçyoldu və sair olurdu

İndi bu sıraya daha bir "yenilik" əlavə olunub. Əlavə olunub deyəndə ki, özləri əlavə eləyiblər. Bu aləmə aid olan qadınların bir çoxu ərə getmədən, ailə qurmadan uşaq doğmaq istəyirlər. Belə yerdə Bakı kəndlərinin birində eşitdiym ifadəni xatırlatmaq yerinə düşür- ala, erkəksiz də iş olar bəyəm? Yazını oxuyanlardan üzr istəyərək deyim ki, adətən el arasında belə uşaqlara "bicbala" deyirlər. Kim desə ki, bu ifadəni eşitməmişəm, deməli qərəzlidir.

İndi həmin müğənnilərdən birinin, Sevinc Ağaşirinovanın iki gün öncə verdiyi açıqlamanı diqqətinizə çatdırıram: "Ümumiyyətlə, şəxsi həyatım haqqında informasiya verməyi sevmirəm. Amma deyə bilərəm ki, həyatımda çox sevdiyim biri var. Evliliyi isə düşünmürəm. Yenidən gəlinlik kürsüsünə də əyləşmək fikrim yoxdur. Xüsusilə qeyd edim ki, ana olmağı çox istəyirəm". Qeyd edək ki, ifaçı Sevinc Ağaşirinova 1 dəfə ailəli olub, boşanıb.

Bax indi burda nə deyəsən? "Ərə getmirəm, amma uşaq doğmaq istəyirəm" o deməkdir ki, mən "bicbala" doğmaq istəyirəm. Bir daha təkrar edirəm ki, el arasında nikahdan kənar doğulan uşaqları belə adlandırırlar. Əlbəttə, bu uşaqlar günahsızdılar. Valideynlərindən fərqli olaraq.

İndi isə keçək siyahıya

Yəqin ki, bir çoxlarınız müğənni Zahidə Günəşi xatırlayırsınız. Doğrudur, bu müğənni karyerasının ən pik vaxtlarında belə o qədər də populyar olmayıb. Amma özünəməxsus ifa tərzi və səhnə davranışları ilə seçilib. Səhnə mədəniyyəti ilə seçilən xanım sənətçi ərə getmədən uşaq dünyaya gətirən müğənnilərin siyahısında ilk pillədədir.

Aynur Dadaşova isə bir zamanlar Rüfət Axundovla oxuduğu duetlərlə tanınırdı. Sənətçinin ilk evliliyindən bir oğlu var-Ümid. Bildirdiyinə görə, ilk həyat yoldaşından ayrılmasının səbəbi xəyanətdir. Hər halda bu da bir yenilikdir. Çünki əksər halda xəyanətlə xanım müğənnilər deyil, onların həyat yoldaşları üzləşirlər. Bildirilir ki, Aynur xanınımn hazırda birgə yaşadığı insandan da bir övlad dünyaya gətirib. Xəbərlər sırasında bu şəxsin iş adamı olması və müğənniyə sənətiylə bağlı qadağa qoyması da yer alır.

Üçüncü pillədə bir zamanlar oriental rəqqasə kimi tanınan, hazırda həm də müğənnilik fəaliyyəti ilə məşğul olan Sevda Sanaliyeva dayanır. Bu müğənninin də nə ərə getməsi, nə də toyu haqda heç bir xəbər olmadı. Bircə onu bildik ki, artıq müğənni-rəqqasə hamilədir. Yəni qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməyə hazırlaşır.

Bir zamanlar "kepkalı Aygün" kimi tanının əməkdar artist Aygün Bəylər kepkanı dona dəyişəndən sonra şəxsi həyatında da dəyişiklik elədi. Belə ki, bu sənətçi də ailə qurmadan qız övladı dünyaya gətirdi. Yayılan məlumatlarda uşağın atasının bir musiqiçi olduğu deyilir.

Növbəti pillənin sahibi müğənni Rəqsanə İsmayılovadır. Əvvəla onu qeyd edim ki, İsmayılovanın adı elə bir mövzulu qalmaqal olmayıb ki, orda hallanmasın. Qadın alverindən tutmuş, avtoqəzalara qədər. Yadınızdadırsa, bir neçə il öncə xəbər yayıldı ki, sənətçi Moskvada əkiz uşaq dünyaya gətirib. Sonradan İsmayılovanın keçmiş prodüseri açdı sandığı, tökdü pambığı. Sən demə, sənətçi Moskvada yox, Bakıda ana olub və uşaqlar da əkiz deyilmiş. Buna deyirlər "Rəqsanə variantı". Amma bu dəfə də uşağın atasının kimliyi bəlli olmadı. Hətta şou aləminə yetərincə yaxın olan insanlar da bunu bilməkdə əziyyət çəkirdilər. Sevgililərini o qədər tez tez dəyişir ki...

Bax belə. Bu da şou biznesimizin daha bir "qara siyahı"sı. Biz yazdıq, nəticəni özünüz çıxarın.

Strategiya.az
(səs: 10)
Şərhlər: 7
Baxılıb: 29 892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri