“Gözəl sinəm və şirin söhbətim var...” [18+]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 505
Səs ver:
(səs: 2)
Məşhur feministin müsahibəsi

Keytlin Moran ötən il İngiltərənin ən yaxşı jurnalisti və ən yaxşı köşə yazarı seçilib. "Times” qəzetinin ən parlaq simalarındandır. Madonnadan tutmuş Ledi Qaqaya qədər, "Rolling Stones”dan tutmuş "Radiohead”-ə qədər bir çox tanınmış qruplarla müsahibələr edib. Necə edirsə, müsahibə aldığı adamların hamısı ilə sonradan dost olur. Ona boş yerə "Ledi Qaqanın sirdaşı” demirlər. Dünya miqyasında məşhurluq qazanan köşələrində isə musiqidən yox, qadınlardan, qadın problemlərindən, feminizmdən yazır.

Ancaq "fenimizm akademiklərin öhdəsinə buraxılmayacaq qədər ciddi işdir” deyən bu qadını maraqlı edən daha bir şey də var: o, təkcə qadınlara qarşı zorakılığı, abort haqlarını, qadınların əmək hüquqlarını dilə gətirməklə kifayətlənmir, öz köşələrində masturbasyanın və bədən uyğun büstqalter tapmağın çətinliklərindən, döşləri dikləşdirmə əməliyyatlarında Braziliya üsulunun düzgün olmamağından da bəhs edir.

Qadinlar.Biz "Necə qadın olmalı?” adlı kitabının müəllifi Keytlin Moranın müsahibəsini təqdim edir:

- Bu möhtəşəm kitabınız belə bir testlə başlayır: "A) Vaginanız varmı? B) Onun məsuliyyətini öz üzərinizə götürürsünüzmü? – İkisinə də "bəli” deyirsinizsə, təbriklər, siz bir feministsiniz”. Musiqidən yazan jurnalist kimi tanınırdınız, amma oxucuların qabağına bu kitabla çıxdınız. Niyə?

- Niyə də olmasın?! Feminist olmaq üçün xüsusi istedada ehtiyac yoxdur. Mən indiyə kimi özünü "professional feminist” adlandırıb, bu işdən pul qazanan insan görməmişəm. 2013-cü ildə qadının nə demək olduğunu, biz qadınların nələrdən qorxub, nələrdən uzaq durduğumuzu, nələri sevib-sevmədiyimizi mən də izah edə bilərəm, siz də... Musiqidən yazan jurnalist olsam da, qadınam, həm özüm, həm də iki balaca qızım üçün azadlıq istəyirəm. Əsas işimin nə olmasının heç bir əhəmiyyəti yoxdur. Bu dünyada yaşayan hər bir qadın feminizmin güclənməsinə, inkişaf etməsinə, yayılmasına öz köməyini göstərə bilər. Məsələn, bir bloq açıb orda yaza bilərsiniz və yüzlərlə insan oxuyar. Mən özüm bu mövzuda nəsə etməyi çox istəyirdim. Üstəlik, döşlərim və intim haqda danışılası gözəl söhbətlərim vardı.

- Kitabınızın həm gülməli, həm ciddi və məsuliyyətli olmağı xoşuma gəldi. Diskriminasiya, abort kimi mövzularla yanaşı, daha az əhəmiyyətli – yəni masturbasiya, Braziliya epilyasiyası kimi mövzulara da toxunmusunuz. Adətən feminist yazıçılar bu cür mövzulara ciddi yanaşmırlar. Siz onlardan fərqli nə etmək istəyirdiniz?

- Siz mənim yerimə izah verdiniz, əslində. Mən qeyri-ciddi mövzular kimi qələmə verilən bu problemlərlə ciddi ədalətsizliklərin ayrı-ayrı şeylər olmadığını göstərməyə cəhd etmişəm. Medianın təqdim etdiyi gözəllik standartlarına uyğun gəlmədiyiniz üçün güzgünün qarşısında dayanıb özünüzü çirkin, kök və pis geyinmiş hesab etməyinizlə, "Ey, sən qadınsan, edə biləcəklərinin sərhədləri bəllidir” deyən kişilərə qulaq asmaq eyni dərəcədə əzablıdır. Yeniyetmə cinsəlliyi və özünü kəşf etməsi, həm qanlı və qorxu dolu, həm də çox əyləncəli ola bilər, məncə. Yəni iki baxış bucağı da doğru və mühüm idi. Böyüməyi bu formada danışan qadın yox idi, mən birinci olmaq istədim.

- Vaginalar haqda bir kitabın deyək ki, Heminqueyin balıq tutmaq haqqında yazdığı bir kitabdan daha mühüm olacağını düşündüyünüz üçün kitabınızda bu mövzuya xüsusi bir bölüm ayırmısınız. "Qadınlar gizli bağçalarından açıq şəkildə danışa biləndə dünya daha gözəl yer olacaq” deyirsiniz. Mən də bu fikrə qatılıram. Bəli, yer üzündəki hər bir vaginanın çox təsirli bir hekayəsi olduğunu hamımız bilirik, heç kim bu hekayələri dinləmək istəməsə də...

- Əlbəttə. Kişi yazarlar bu günə kimi hər şeyi qələmə alıblar. Ən əhəmiyyətsiz şeylər haqqında da nə düşündüklərini bilirik. Fikirləri və baxışları ilə dünyamızı daha yaxşı yerə çevirdiklərini bilirəm, bundan şikayət etmirəm. Təşəkkürlər penisilin, təşəkkürlər Wi-Fi, təşəkkürlər Eynşteyn, təşəkkürlər Bitlz! Amma qadınlar yazmaq bir yana, hələ danışmağa təzə başlayıblar. Niyə? Kişilərlə aramızdakı fərq nədir? Balaca bir şey: vaginamız... Və hələ də gizli, danışmağa utandığımız bir şey. Bu balaca, zərif detalla bağlı bu qədər mühafizəkar mövqe tutmamalıyıq, məncə.

- ABŞ-da sorğu aparıblar və bəlli olub qadınların cəmi 29 faizi özlərini feminist hesab edir. Bizdəki vəziyyət yəqin ki lap bərbaddır. Sizcə, qadınlar feminizmə ehtiyac olmadığına nə vaxt qərar verdilər?

- 80-ci illərin əvvəllərində artıq qalib gəldiyimizə inandıq. Güclüydük. Rahatlamışdıq, kişilərlə bərabər hüquqlara malik olduğumuzu düşünüb abort hüququ ilə bağlı etiraz aksiyaları keçirməkdən əl çəkdik. Həm də dayanmadan nəsə tələb etmək xoşumuza gəlmirdi. Sən demə, gücümüz ancaq "Spice Girls”-un albomunu almağa yetirmiş, sonradan fərqinə vardıq. Amerikada Respublikaçılar Partiyasından olan senator Rik Santorum o məşhur nitqində 14 yaşlı qızına təcavüz edilsə, onu aborta göndərməyəcəyini, uşağı Allahın bir hədiyyəsi kimi qəbul edəcəyini demişdi. Təsəvvür edirsiniz, biz hələ nələrlə mübarizə aparırıq? Ailədaxili zorakılığın, təcavüzün qanundan kənar olmağını istəyiriksə, bəzi şeylərin dəyişməyi üçün tələblərimizi artırmalıyıq. Bunun adı feminizmdir. Başqa söz tapa bilmirəm.

- Kitabda intimonu iyrənc adlandırır, həm də intimoya ehtiyacımız olduğunu yazırsınız. Təzadlı deyil?

- Düzdür, təzadlıdır. Ancaq mən təkcə kişilərin yox, qadınların da sevişməkdən həzz aldığı intimo filmlərin çəkilməyini istəyirəm. Qabağına çıxanla sevişən yox, bir-birini həqiqətən arzulayan insanların sevişməyinə baxmaq hamıya yaxşı təsir göstərə bilər.

- Ledi Qaqa ilə dostsunuz. Kitabınızda onunla bağlı hissə çox maraqlı idi, bilmədiyimiz çox faktlar vardı. Məsələn, alman şairi Rilkeni (Rainer Mariya Rilke- red.) sevməyi...

- Valeh olduğum qadınlardan biridir Ledi Qaqa. Bu kitabı yazmağa məni o cəsarətləndirdi. Fikirləşdim ki, əgər o MTV mükafatları gecəsinə üst-başı qan içində gedə bilibsə, mən niyə menstruasiyadan danışmaqdan utanmalıyam?

- Ədəbiyyatdakı feminist qəhrəmanlarınız hansılardır?

- Ceyn Eyr və "Balaca qadınlar” romanındakı Co Març. Nöqsanları ilə mübarizə aparan və yumor hissləri fərqli olan qəhrəmanlardır. Şahzadə deyillər, sıravi insanlardır ikisi də, fəhlə sinfinin nümayəndələridir. Gözəl də deyillər. Onlardan əvvəl yaradılmış bütün roman qəhrəmanları bir-birinə oxşayırdı; nə etdiklərini yox, necə göründüklərini oxuyurduq.

Mənbə: Bizimbakuws

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri