Aldadılan bütün qızlarımıza, belə bir cəsarət arzu edirik.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 18 953
Səs ver:
(səs: 8)
27 yaşlı gənc zorlama cinayətində özünü təqsirli bilməyib.

Bakı Apelyasiya Məhkəməsində zorlama cinayətində təqsirli bilinən S.M.-in cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ittihama görə, Bakı şəhər sakini, 27 yaşlı S.M. sevdiyi qız olan Sevda (ad şərtidir) ilə cinsi əlaqədə olub. O, qızla eyni yataqda dəfələrlə intimual xarakterli hərəkətlər edib. 

Onların bu intim münasibətlərindən sonra qız hamilə qalıb. Və Sevda hamilə qalması ilə bağlı S.M.-ə məlumat verib və evlənmək üçün toyun vaxtının müəyyən edilməsini tələb edib. 

Lakin S.M. Sevda ilə evlənməkdən boyun qaçırıb və bundan sonra qızla münasibətlərini dayandırıb. Hətta o, Sevdanın telefon zənglərinə belə, cavab verməyib. Bundan sonra Sevda, hüquq-mühafizə orqanlarına müraciət edib və S.M. tərəfindən zorlandığını bildirib. Onun şikayəti əsasında, S.M. həbs edilib.

S.M. Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə S.M. 10 il müddətinə azadlıqdan məhrum edilib. S.M. həmin hökmdən apelyasiya şikayəti verib və günahkar olmadığını bildirib. O, apelyasiya şikayətində barəsində verilən hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. 

Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə ilkin dinləmə olub. O, prosesdə zorlama cinayətində özünü təqsirli bilməyib. Məhkəmə baxışı noyabrın 12-nə təyin edilib.
Aldadılan bütün qızlara bu cür cəsarətli olmağı arzulayırıq! Oğlanlar nə qədər cəzasız qalsalar, o qədər "qudururlar"! Qızım başına oyun açmısan, hamilə qalıb, zəhmət çək evlən! Evlənmirsənsə o zaman cəzanı çək! Təəssüf ki, çox qızlar bu cür cəsarətli ola bilir, susmaqla, intihar etməklə kifayətlənirlər.
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 18 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri