ŞOK:Kürün sahilində dostu ilə birlikdə sevgilisini zorladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 17 955
Səs ver:
(səs: 4)
intimual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Sabirabad rayon sakinləri İlkin Xəlilov və Ləyaqət Cabbarovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Qadinlar.Biz xəbər verir ki, ittihama görə, Sabirabad rayonunun Yenikənd kəndinin sakini İlkin Xəlilov həmkəndlisi və dostu olan Ləyaqət Cabbarovla birlikdə cinayət əlaqəsinə girərək, Beyləqan rayon sakini olan sevgilisi Sevdanı (ad şərti verilib) zorlayıb. 

Müəyyən edilib ki, əvvəllər İlkin Xəlilov Sevda ilə sevgili olublar. Elə zorlama cinayəti baş verməmişdən əvvəl də onunla əlaqə saxlayan İlkin evlənəcəyini vəd verib və onunla birlikdə qaçmasını təklif edib. 

Sevda da İlkinin vədinə inanıb. İlkin Xəlilov qızı razı salandan sonra dostu Ləyaqətin maşını ilə Beyləqan rayonun Aşqallar kəndinə gəliblər. Sevda da sevgilisinin vədinə inanaraq onun gəldiyi maşına əyləşib. Onlar qızı Sabirabad rayonun Qaralar kəndi ərazisində Kürün sahilinə gətiriblər. 

Həmin vaxt Ləyaqət Cabbarov Sevdanın saçlarından tutaraq maşından yerə salıb. Ləyaqət qızı "montirovka” ilə vuracağını hədələyərək İlkin Xəlilovla cinsi əlaqədə olmasını tələb edib. Bundan sonra İlkin Xəlilov qızla cinsi əlaqədə olub. 

Daha sonra Ləyaqət Cabbarov qıza hədə-qorxu gələrək özü də onunla cinsi əlaqədə olub. Onlar qızla cinsi əlaqədə olandan sonra döyüblər və onun sağlamlığına xəsarət yetiriblər, 

Hər iki dost Sevda ilə cinsi əlaqədə olandan sonra onu maşınla Saatlı rayonunun Azadkənd kəndi ərazisinə gətiriblər. Orada qızı maşından düşürərək döyüblər. Dostlar qızı döyəndən sonra ona məxsus olan mobil telefonu əlindən alıblar. İlkin və Ləyaqət qızı gecə yarı Saatlı rayonunun ərazisində ataraq gediblər. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Xəlilov 6 il, Ləyaqət Cabbarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi məqsədilə apelyasiya şikayəti veriblər. 

Onların şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim Kamran Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib. Qərara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, İlkin Xəlilovun barəsində 5 il, Ləyaqət Cabbarovun barəsində isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

(səs: 4)
Şərhlər: 5
Baxılıb: 17 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri