Müəllimə şagirdini intimə məcbur etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 562
Səs ver:
(səs: 2)
Daha bir müəllim intimual təcavüzə görə həbs olunub.

ABŞ KİV-lərinə istinadən verilən xəbərə görə, hadisə Amerika Birləşmiş Ştatlarının qərbindəki Nyu-Meksiko ştatının paytaxtında baş verib.

Santa Fe şəhərinin "Pojoague Valley” liseyində dərs deyən 31 yaşlı müəllimə Cennifer Vigil dərs bitəndən sonra sinifdə saxladığı oğlan şagirdinə intimual zorakılıq hərəkətləri etdiyinə görə həbs olunub.

Yerli medianın verdiyi məlumata əsasən, adıçəkilən liseydə 8 ildir müəllimlik edən qadın yetkinlik yaşına çatmayan oğlan şagirdinə dərsin bitməsinə az qalmış belə deyib: "Mən səndən istədiyimi almadan sinifdən çıxa bilməyəcəksən”. Daha sonra müəllimə sinif otağının qapısını kilidləyib.

Polisə ifadə verən Cennifer Vigil intim əlaqəsi təklifini şagirdinin etdiyini desə də, oğlan intimual əlaqə əsnasında cib telefonu ilə çəkdiyi fotoşəkilləri polisə dəlil-sübut kimi təqdim edib.

"Məni sinifdə qalmağa vadar etdi, qapını kilidlədi, onun istəklərinə tabe olmaqdan başqa çarəm yox idi” – şagird açıqlamasında bildirib.

Girov müqabilində zaminə buraxılma istəyi rədd edilən müəllimə indi məhkəməyə çıxarılacağı günü Santa Fe şəhəri Rayon Həbsxanasında gözləməyə məcbur olacaq.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri