Ərlə arvad yenicə doğulan uşağa siçan zəhəri verib öldürdü

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 391
Səs ver:
(səs: 5)
 
Türkiyənin Sivas şəhərinə yaxın Divriyi qəsəbəsində iki günlük uşaq benzin tökülərək yandırılıb.

Beştəpə deyilən ərazidə yandırılmış bir oğlan uşağının cəsədini görən çoban polisə xəbər verib. Polislərin ilkin tətqiqatı nəticəsində uşağın benzin tökülərək yandırıldığı müəyyən edilib.

Cəsəd daha sonra tibbi ekspertiza üçün Cumhuriyyet Universitetinin Tibb fakültəsi Araşdırma və Tətbiqetmə xəstəxanasının morquna göndərilib. Çobanın verdiyi məlumat əsasında şübhəli yük maşınının sürücüsü M. Ö. (31 yaş) futbol oyunu izləyərkən həbs edilib. M.Ö.-nün arvadı T. Ö.(23 yaş) də həbs edilib.

Şübhəlilərin işi ilkin dindirilmədən sonra prokurorluğa göndərilib. M.Ö. və T.Ö.-nün prokurora izahat verdiyi öyrənilib. Atanın izahatında 1 yaşlı qızlarının olduğunu və ikinci uşağı istəmədiklərini yazdığı bildirilib.

Cinayəti etiraf edən cani öncəki gün dünyaya gələn körpəyə siçan zəhəri verdiyini deyib. Cani uşaq öldükdən sonra arvadını evdə qoyub, Beştəpəyə getdiyini və uşağı benzin tökərək yandırdığını da bildirib.

Arvadı da ilk altı ay ərindən və qohum-əqrabasıından gizlətdiyi hamiləliyinin bilinməsindən sonra abort etdirmək istədiklərini, ancaq qanuna zidd olduğu üçün bunun mümkün olmadığını bildirib. Uşaqdan azad olmaq üçün özünü ora-bura vurduğunu, hündür yerdən tullandığını və ağır yük daşıdığını söyləyən ana istəyinə nail olmadığını bildirib. Ər-arvaddan və uşaqlarından DNT testi üçün nümunə götürülüb. Faktla bağlı araşdırma davam edir.

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 5 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri