Cinsi istismar mafiyasının tələsinə düşən 11 yaşlı qızın dəhşətli yaşantıları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 176
Səs ver:
(səs: 2)
 İngiltərənin Oksford şəhərində qız uşaqlarını tələyə salaraq cinsi istismar  köləsi edən mafiyanın məhkəməsi başlayıb. 
11 yaşında bu tələyə düşən azyaşlı uşağın anası qızının necə cinsi istismara məruz qaldığını danışıb.
Qeyd edək ki, Oksford şəhəri və ətrafında yerləşən yaşayış məntəqələrində qız uşaqlarını tələyə salaraq kişilərlə cinsi əlaqəyə məcbur edən cinsi istismar  mafiyasının fəaliyyətinə illər uzunu polis tərəfin göz yumulması böyük rezonans doğurub.
İngiltərənin "Daly Mail" qəzetinin xəbərinə görə, ingilis polisi 5 Pakistan və 2 Şimali Afrika mənşəli İngiltərə vətəndaşından ibarət mafiyanın fəaliyyətindən 2005-ci ildən xəbərdar olub. Ancaq buna baxmayaraq, onların barəsində cinayət işi 2010-cu ildə açılıb.
İngilis ana Georginya 11 yaşlı uşağının qısa müddət ərzində cinsi istismar  köləsinə çevrilməsini və yaşadıqları dəhşətli günləri göz yaşları içərisində danışıb: "Raşel məktəbə getməyi sevən, müəllimlərinə hörmət edən bir uşaq idi. Ailəmizin ən kiçiyi olduğu üçün onu ərköyün böyüdürdük. Ona "balaca körpəmiz" deyirdik".
Məktəbi sevən, həmyaşıdlarıyla birlikdə oynayan 11 yaşlı qızının qısa müddət ərzində dəyişdiyini vurğulayan ana deyib: "O, öncə dost mühitini dəyişdirdi. Sonra axşam yeməyinə gec gəlməyə başladı. Axşamlar həyat yoldaşımla maşınla küçə-küçə onu axtarmağa çıxırdıq. Ancaq hər dəfəsində əliboş dönürdük".
Anası Raşelin kişilərlə görüşdüyünü öyrəndiklərini, buna mane olmağa çalışdıqlarını, ancaq bacara bilmədiklərini deyib: "Onu evdə saxlamaq üçün hər şeyi sınaqdan keçirdik. Gecələr qapıları və pəncərələri kilidlədik. Ancaq biz yuxuya getdikdən sonra hər dəfə qaçmağı bacarırdı. Qayıdanda üzü və bədəni göyərmiş olurdu".
Balaca qızlarının öncə kiçik hədiyyələrlə aldadıldığını, daha sonra kokain və digər narkotik maddələrə alışdırıldığını qeyd edən ana polisdən və uşaq hüquqlarını müdafiə təşkilatlarından yardım istəmələrinə baxmayaraq, bir nəticə əldə edə bilmədiklərini söyləyib.
Raşel 13 yaşına gəldikdə facebookda 700 kişi dostunun olduğunu bildirən ana Oksford cinsi istismar mafiyasının dağıdılmasında yenə də qızının verdiyi ifadələrin mühim rol oynadığını bildirib.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri