Azərbaycanlı və türkiyəli gözəllər bir-birini qırdılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 772
Səs ver:
(səs: 2)
Türkiyəli müğənni Ebru Poladla azərbaycanlı ifaçı Afaq Aslan 20 iyun tarixində Bakıda konsert proqramı ilə çıxış etməli idilər. Bu günlərdə məlum oldu ki, konserti Afaq Aslan təxirə salıb. Buna səbəb isə Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz fikirlər olub. Vətənimiz sevməyən Ebru bunu Türkiyədə açıqladığı üçün rəfiqələrin münasibəti korlanıb və Afaq konserti təxirə salıb. Afaq məsələnin təfərrüatlarını açıqlayıb: "İstəməzdim ilk konsertim təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz də bu səbəbdən pozuldu. Azərbaycanın çörəyini yemək qərarına gələn Ebru Polad buranı bəyənmirmiş. Hər kəsin yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da heç nə olmamış kimi burada konsert verməyi və digər açıqlamaq istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı”. Afaq qeyd edib ki, əgər onun konserti təxirə salmaq kimi imkanı olmasaydı belə yenə də səhnəyə çıxmaqdan imtina edərdi: "Axı mən necə vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm? Konsertin təşəbbüskarı mən idim. Amma iş ki bu yerə çatdı, vicdanım yol vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın rəfiqə idik. Ancaq artıq ürəyim sındı. Çətin qulağım eşitdiyim sözlərdən sonra ona qarşı yenidən əvvəlki kimi yaxşı münasibət bəsləyə biləm. Mən bu sənətdə yeni-yeni addımlarımı atsam da vətənimi heç nəyə qurban verə bilmərəm. Ən böyük problem onun Azərbaycan haqda səsləndirdiyi o dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi xüsusiyyətlər gördüm. Üzülürəm olanlara”.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 8 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri