Mənsum İbrahimov tələbəsinə əxlaqsız təklif etdiyi idda olunur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 15 967
Səs ver:
(səs: 1)
Aləm bir-birinə dəyib.

Yerli qəzetlərin birində çıxan xəbər xalq artisti Mənsum İbrahimovla tələbəsi, gənc müğənni Lamiyə Novruzovanı üz-üzə qoyub. Hətta o məqama çatıb ki, xanəndə haqqında yazılandan əsəb stressi keçirib. Xəbərdə bildirilib ki, Lamiyə Novruzova müəllimi haqda ağlasığmaz ittiham irəli sürüb. Guya M. İbrahimov ona əxlaqsız təklif edib. Yazılan xəbərdən şok keçirən xalq artisti tələbəsinə telefon açaraq onu yalanda qınayıb. Lamiyə isə öz növbəsində belə bir fikir işlətmədiyini israr edib.

Bu haqda Simsar.az-a danışan gənc müğənni hazırda özünün də stressdə və əsəb içində olduğunu dilə gətirdi: "İmtahanda müəllimlərimdən biri ilə qiymət üstündə mübahisəm olmuşdu. Onun kimliyini bildirmədən facebook səhifəmdə bu haqda yazdım. Qeyd etdim ki, fəxri adı var, amma özünü apara bilmir. Hətta orda statusuma rəy yazanlar bir neçə müəllimimin adlarını qeyd etdilər. Mənsum müəllimin də adını qeyd edəndə cavab olaraq bildirdim ki, o, mələk kimi insandır. Yazdığımın ona və digərlərinə heç bir aidiyyatı yoxdur. Amma mənə qarşı alçaqlıq edərək qəzetlərdən birində həmin müəllimin məhz Mənsum İbrahimov olduğu yazılıb. Mənim heç nədən xəbərim yox idi. Hazırda Şəkidə istirahət edirəm. Mənsum müəllim bu gün zəng edib bu xəbəri mənə deyəndə çox pis oldum. Çünki o özü də əsəb keçirirdi. Hətta əsəbdən normal danışa da bilmirdi, dili-dodağı topuq vururdu. Bu olay məni çox sarsıtdı. Müəllimimlə məni üz-göz etdilər. Mən onu nəzərdə tutmamışam. Mənsum müəllimə sonsuz hörmətim var. Belə başa düşdüm ki, bu yolla onu da gözdən salmaq istəyirlər. Ancaq buna imkan vermərəm. Bakıya dönən kimi bu məsələni yoluna qoyacam. Böhtan yazanı məhkəməyə verib etdiyi abırsılığa görə sonadək mübarizə aparacam. Bu böhtanı yazan mütləq cazasını alacaq, onu məhkəmədə süründürəcəm!”

Mənsum İbrahimov da öz növbəsində xoşagəlməz yazıya Simsar.az vasitəsilə qısa münasibət bildirdi:

"Bu, biabırçılıqdır. Yazılan böhtana cavab verilmək Lamiyənin öhdəsindədir. Çünki onun adından yazılıb. Özü də bunun arxasınca düşüb həll etsin!”

Menbe
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 15 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri