"Kömək edin, arvadımın yatağında kişi var!"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 348
Səs ver:
(səs: 4)
Pencəyini dəyişdirmək üçün günorta saatlarında evə yollanan ər qapını döyüb. Lakin uzun müddət qapını döyməsinə rəğmən, arvadının qapını açmadığını görəndə ər açarı çıxarıb. O, qapını açıb, içəri girib və pencəyinin asıldığı qarderobun yerləşdiyi yataq otağına yollanıb.

Qadinlar.Biz Milli.az-a istinadən bildirir ki, ər yataq otağına girəndə arvadını çarpayında görüb, "Hələ də yatırsan?" deyərək qarderoba tərəf yönəlib. Qarderobu açanda isə o, içəridə lüt gəncin durduğunu görüb.

Dərhal qaçaraq çölə çıxan ər yataq otağının qapısını bağlayıb, polisə zəng vuraraq "Kömək edin, arvadımın yatağında kişi var! Onu öldürüb həbsxanaya getmək istəmirəm! Dərhal gəlin!" deyib.

Hadisə Trabzonun Beşikdüzü rayonunda baş verib.
G.Ç. adlı ər yataq otağında arvadı M.Ç. ilə onun məşuqu E.Ö.-nü tutub.
Evə gələn polislər E.Ö. və M.Ç.-ni aparıblar. Bir saat sonra qadın sərbəst buraxılıb.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 9 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri