"Özümdən çox razıyam, çünki buna haqqım var, həm gözələm həmdə ağıllı"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 34 461
Səs ver:
(səs: 11)
Təcrübəli həkim-dietoloq Ləman xanım Süleymanovanın Qadinlar.Biz-ə müsahibəsi..

1.    Ləman Süleymanova kimdir? Özünüzü oxuculara  tanıdın.

-    LƏMAN Suleymanova dedikde ilk növbədə ağlıma Dietoloq Terapevt gəlir, Ləman Suleymanova  olduqca həssas, sərt, kapriz, mehriban, gülərüz, hövsələsiz və intiqamı sevən bir xanımdır. Səmimi insanlara qarşı çox səmimiyəm amma kimdənsə zərbə görəndə həmin insana iki qat zərbə vururam bəzənda  hemin o insanı çökdürməyənə qədər əl çəkmirəm, yəni yazıq əməlli başlı özünə problem yaradır, bundan əlavə heyvanları çox sevirəm xüsusəndə pişikləri, 2 il bundan öncə mənim çox sevdiyim bir pişiyimi balaları ilə birlikdə azdırmışdılar zalım qonşular,  çox ağlamışdım, amma o zalımlarda yaman çəkdilər cəzalarını, hətta heyvanların mudafiəsi adlı xüsusi cəmiyyətdə yaratmaq var fikrimdə, atları çox sevirəm, at çapmaq çox xoşuma gəlir, pianinada ifa etməyi sevirəm, mənim uşaqlıqda ən böyük arzum məhşur musiqiçi olmaq idi. Menim ucun xanim cox gozel ve baximli olmalidir, ve geyimlere qarshi cox hessasam, en cox sevdiyim ve hormet etdiyim gozel xanim, Azerbaycanin 1 nomreli modelyeri Faxriyya Xalafovanin geyim kolleksiyalarini cox seviram

2.     Bu cavan yaşda  bucür uğur əldə  etmək hər qadina xas olan xususiyyət deyil. Uğurunuzun  sirri nədədir?
-    Aha, maraqlı sualdır, təbiiki pasientlərimdə məni sevir və ətrafdakılıların məhəbbətini səmimi xarakterimlə qazanıram, mehriban insanam, həkimin dilinin altında şəkər olmalıdır deyirlər o şəkərdən məndə çox var, təbiiki nəticələrim və savadım mənə uğur gətirib! Ən 1 cisi Allahım və qıldığım namazlarım!

3.        Deyirlər bacarıqlı olmaq və uğur əldə  etmək üçün gözəl və cazibədar olmaq şərtdir. Sizcədə belədirmi?
-    Mən gözəllik aşiqiyəm və düşünürəmki gözəl olmaq qadın üçün vacibdir! Xanım mütləq baxımlı və gözəl olmalıdır təbiiki əgər tanınırsa 2 qat fikir verməlidir gözəlliyinə bu vacibdir

4.    Siz necə özünüzü cazibədar sayırsızmı?
-    Bunu siz deyin :)

5.    İndi isə  keçək sənətinizə. Həkim olmaq sizin seçiminizdir  yoxsa məcburi seçim etmisiz?
-    Mən musiqiçi olmuşam orta məktəbdə oxuyarkən konservatoriyya hazirlaşırdım daxil olmaq istəyirdim fortapiano uzrə, amma atam məni məcbur etdi tibb universitetinə daxil olmağı, amma indi atama çox təşəkkür edirəm Allah bütün ataların canını sağ etsin!

6.    Həkimlik tarixinizdə ən böyük uğurunuz nə olub?

-    Artıq çəkili xanımlar bilirsizki çox problem yaşayırlar, piylənmə müxtəlif fəsadlara xəstəliklərə gətirib çıxarır- şəkərli diabet, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri və s... Hətta ana olmaq istəyənlər üçündə çox böyük problemdir, belə insanlara çox köməyim dəyib, normal çəkiyə düşüblər sağlam şəkildə, ac qalmadan normal qidalanaraq, ən əsasda pəhriz proqramlarımda heç bir arıqladıcı dərmanlardan istifadə etmirəm. Çox təəssuvlər olsunki Azərbaycanda bir çox dietoloqlar muxtəlif əcaib yollara əl atırlar, nə bilim qulağa nə isə taxırlarki guya aclığı yatırır, əslində bu uşaq oyuncağıdır bununla heç bir arıqlamaq olmur insan orqanizminədə ziyandır, sonra arıqladıcı dərmanlar nə bilim eleksir və s içizdirirlər və insanları rəsmən aldadırlar, nəzərinizə çatdırıramki arıqladıcı dərmanlar, kor təbii dieta və s bunlar orqanizmi ozundən asılı edir və bədəndən suyu çəkir və piy kütləsi qalır yerində vəmuəyyən vaxtdan sonra dayandıran kimi dahada artıq çəki yığılır üstəlik maddələr mubadiləsi pozulur, vit b 12 mənimsəyir qan azlığı yaradır, immun sistemi kəskin zəiflədir, saç tökülməsi və s problər yaranır. Mən tərtib etdiyim pəhriz proqramlarında aclıq qətiyyən yoxdur, normal qidalanırsan muxtəlif yeməklər olur rasionda və çox sadə yemələr və ən sasda sürətli arıqlayırsan.

7.    Bildiyim qədəri ilə  gəzməyi sevən xanımsız. Bəs  xarici ölkələrə səfəri  iş xatirinə  edirsiz yoxsa  gəzməyi sevdiyiniz üçün?
-    Xarici ölkəyə yalnız işə və təhsilə görə gedirəm, yəni valideyinlərim məni tək gəzməyə yollasalar mən təəccüblənərəm :)

8.    Hippokrat andına  daha çox sadiq olursuz  ya daxilinizdəki  vicdana?
-    Daxilimdəki vicdana daha çox sadiqəm

9.    Bəzən insanlar ölkəmizdəki həkimlərdən gileylənirlər. Müalicə üçün xarici ölkələrə üz tuturlar. Sizcə niyə belədir?
-    Bizim səhiyyəmiz çox inkişaf edib, gözəl savada malik həkimlərimizdə var başda səhiyyə nazirimiz Oktay Şirəliyev, Əhliman Əmiraslanov olmaqla, mənim çalışdığım İnternational 2 klinikasındada çox savadlı həkim kollektivimiz var başda Baş həkim Nazim doktor olmaqla, ən əsasdaki klinikamızın özəlliyi ondan ibarətdirki cavan və savadlı həkimlərə üstünlük verilir. 

10.    Həkimlik tarixiniz  boyu peşman olduğunuz bir səhv diaqnoz olubmu?
-    İlk həkimliyə başladığım ildə sadə bir səhf olub o da pasientin öz məsuliyyətsizliyi ucbatından.

11.    Deyəsən özünüzdən razı bir həkimsiz. Bunu nə ilə əlaqələndirmək olar, gözəlliyiniz yoxsa əldə etdiyiniz uğura görə?
-    Özümdən çox razıyam, çünki buna haqqım var, həm gözələm həmdə ağıllı :) tam səmimi etirafdır. Ətrafdakıları isə qısqandırmağı çoooox sevirəm xüsusəndə xanımları :)
12.    İndi isə şəxsi həyatınıza nəzər salaq. Bu gözəl xanım niyə hələdə subaydır? Ağ atlı şəhzadəsini gözləyir ya kariyeram daha vacibdir deyir?
-    Ağ atlı şəhzadəmin deyesən atının nalı zədələnib və o üzdən hələdə yoldadır :) təbiiki kariyera mənim üçün çox önəmlidir və mənim xarakterim olduqca mürəkkəbdir.

13.    Necə biri ilə ailə həyatı qurmağı istərdiniz? Mümkünsə görünüşünü təsvir edin.
-     Ailə həyatı quracağım insan gərək bütün müsbət tərəfə malik olsun, ciddi, ağıllı, alicənab, centlimen ən əsasda hündürboy və yaraşıqlı olmalıdır :)

14.     Sevgi ilə kariyera arasında qalsanız hansı seçimi edərdiz?
-    Təbiiki karera mənim üçün 1 ci plandadır

15.    Ləman Süleymanova qısqancdırmı?
-    Nə gözəl sual . . .   çoooooox həddən artıq qısqancam

16.     İstər sosial şəbəkələrdə istərsə də Qadinlar.biz saytında  online konsultasiya zamanı sizdən arıqlamaq və pəhriz üçün müxtəlif diyet qaydaları istəyirlər. Sizcə bunu müayinə etməmiş  demək olarmi?
-    Dəfələrlə demişəm pasient gəlir, sorğu sual olunur anamnez toplanılır, bədən quruluşuna baxılır, piylənmənin dərəcəsi yoxlanılır, müəyyən hormonlar yoxlanılır və əsasda piylənmənin nədəni araşdırılır və nəticədə individual pəhriz proqramı hazırlanır, insanın tipinə uyğun. Pəhriz proqramı tərtib edərkən pasientin çəkisi, boyu, cinsi, orqanizmin fizioloji xüsusiyyətləri, piylənmə, ixtisası, həyat fəaliyyəti, keçirdiyi xəstəliklər, hətta yaşadığı ölkənin iqlim xüsusiyyətləri belə nəzərə alınır, hər bir orqanizm müxtəlif xarakterə malikdir elə insanların özü kimi, mən tərtib etdiyim proqramda qətiyyən aclıq yoxdur sağlam şəkildə qidalanirsan, sürətlə arıqlayırsan ən əsasda itirilən çəki sonradan geri qayıtmır! Bəzən sual verirlər zəng edib mənə pəhriz deyin. Belə insanlara dəfələrlə deyirəm muayinə olunmamış sizin orqanizminizi tanimadan size nece kor təbii nə isə deyə bilərəm, inaninki dəfələrlə demişəm.

17.     Həmkarlarınız içində sizə paxıllıq edən varmı?
-    Paxıllıq çəkənlər çoxdur təbiiki, amma öz qazdıqları quyuya düşüblər çov vaxt cünki mən seyidəm və mənə pislik etmək istənlər çox pis altını çəkiblər :) Düşmenlerim coxdur duzdur amma seyidem cunki hec bir cadu, qarğış mənə təsir etmir və qayıdır həmin zalım insanın özünə öz zalım əməlləri, çünki bizlər əsas seyidlərdınik, mənimlə düşmançılıq etməyi kimsəyə məsləhət görməzdim, ağıllı olsunlar . . .

18.    Həyatda nədən çox qorxursuz?
-    Allahdan başqa heçnədən qorxmuram.

19.    Gələcəyinizi necə xəyal edirsiniz?
-    Bu sirrdir

20.    Saytımız  Qadınlar.biz-i bəyəndinizmi?
-    Təbiiki ən maraqlı sevdiyim saytlardan biridir baxmayaraqki dəfələrlə səninlə mubahisəmiz olub, təbiiki səndə bir centlmen kimi güzəştə getmisən 

21.    Saytımızın xanımlarına və bu yazını oxuyan istifadəçilərimizə ürək sözləriniz nədir?
-    Bütün xanımlarımıza tövsiyyəm budurki daimi baxımlı və gözəl olsunlar, qarşıdan mübarək orucluq gəlir allah həmişə yardımçımız olsun



 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

(səs: 11)
Şərhlər: 2
Baxılıb: 34 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri