“Dolce&Gabbana”nın azərbaycanlı siması - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 557
Səs ver:
(səs: 1)
29 yaşlı Bianka Balti dünyanın ən bahalı modellərindən biri, "Dolce&Gabbana”nın da simasıdır.

Anası azərbaycanlı, atası italyan olan Bianka, 1984-cü il martın 19-da İtaliyada anadan olub.

İlk dəfə Bianka 2004-cü ildə "L’Officiel”in üz qabığında göründükdən sonra məşhurlaşıb, 2005-ci ildə isə artıq "Dolce&Gabbana” ilə müqavilə imzalayıb.

Tezliklə Balti Vogue, Harper’s Bazaar, W, Cosmopolitan, Elle, Marie Claire, Jalouse kimi nüfuzlu moda jurnallarının örtüyünü bəzəyib, 2009-cu ilin yayında isə model Playboy-un siması olub.

2012-ci ildə Bianka Balti Monnika Belluçi ilə yanaşı "Dolce&Gabbana”nın siması olmaq şansını qazanıb.

Bianka fotoqraf Kristian Luçidi ilə ailə qurub, 2007-ci ildə qızları Matilda dünyaya gəlib, 2010-cu ildə isə cütlük ayrılıb. 2011-ci ildən Bianka 26 yaşlı musiqiçi Françesko Mele ilə görüşür.

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri