Müğənnini namus üstündə qətlə yetirdilər

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 5055
Paylaş:
Səs ver:
(səs: 1)
26 yaşlı müğənnini öldürən 11-ci sinif şagirdidir.

 Xanəndə Samir Mustafayevin iyulun 12-si saat 02:00 radələrində Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda öldürülməsinin səbəbini tam dəqiqliyi ilə əldə olunub.

 Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından S.Mustafayev ilk olaraq mənzilə oğurluğa girən bir şəxs kimi öldürüldüyünü bildiriblər.

 Qətli törədən 16 yaşlı Aydın Orucov gecə saatlarında yaşadığı evin ikinci mərtəbəsindən aşağı düşüb. Birinci mərtəbədə, anası yatan mərtəbədə səs eşidib. Evə oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşıb. Onlar arasında dava düşüb. Aydın bıçaqla Samirə iki zərbə vursa da, onu əlindən buraxıb.

 Samir evdən zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samiri "Papanin” körpüsünün altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhətdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görən Aydın bıçala ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minib və sürücüyə 1 saylı Şəhər Xəstəxanasına sürməsini əmr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib.

 Aydın polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Lakin istintaqçılar Samirin mobil telefonuna gələn sms-lərdən sonra qətlin əsl mahiyyətini ortaya çıxarıblar.

 Məlum olub ki, Samirin telefonunda son sms Aydının anası tərəfindən yazılmış "Qapı açıq olacaq, girərsən içəri” olub. Bu sms-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşır.

 Hadisə vaxtı hüquq mühafizə orqanının zabiti olan Aydının atası isə xidməti işi ilə bağlı ezamiyyətdə olub. Hadisəyə səbəbkar olan qadın isə evdəki pul və qızılları götürərək həyat yoldaşının səfərdən qayıtmasını gözləmədən ata evinə gedib.

 Tutulandan sonra öldürdüyü Samirin anası ilə münasibəti olduğunu bilən Aydının sözləri belə olub: "Bilsəydim, ikisinin də başını kəsərdim”.

 Aydın Orucov orta məktəbin 11-ci sinif şagirdidir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 5055
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook