Açıq-saçıq hind filmi Azərbaycanda yayımlanacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 24 539
Səs ver:
(səs: 29)
Tanınmış klipmeyker Nail Naiboğlu yeni layihəyə imza atıb.

Qadınlar.biz-in məlumatına görə, bu barədə rejissor bildirib ki, Hindistanda "Jism 2" adlı böyük qalmaqala səbəb olan film tezliklə Azərbaycan efirində yayımlanacaq.

Rejissor bununla da uşaqlıq arzularını həyata keçirdiyini qeyd edib:

"Uşaqlıqdan Hind filmlərinə marağım vardı. Dərsdən qaçıb o vaxtı köhnə məhəlləmizdə olan kinoteatra gedib Hind filmlərinə baxırdım. Uşaqlıq illərimi yada salmaq istədim və yeni çəkilmiş bu filmi xoşladığım üçün qərara gəldim ki, həmin filmi Azərbaycan dilinə dublyaj etdirim".

Rejissor həmçinin bildirdi ki, filmin dublyajı hələ tam hazır deyil. Bu səbəbdən də nə zaman efirdə yayımlanacağı müəyyənləşməyib.

Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adı ilə yayımlanacaq filmdə açıq-saçıq səhnələrin olması səbəbindən Hindistanda böyük qalmaqal yaradıb.

Nail Naiboğlu sonda onu da qeyd etdi ki, filmin baş rol ifaçısını estradamızın tanınmış müğənnilərindən biri oynayacaq. İşlərin davam etdiyini söyləyən rejissor dublyaj bitdikdən sonra yayımlanma tarixini dəqiqləşdirəcəklərini bildirdi.

 

 

 

 


[media=http://www.youtube.com/watch?v=VELsausckHM]
(səs: 29)
Şərhlər: 3
Baxılıb: 24 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri