14 yaşlı qız: “Bakirə deyiləm, görüşə bilərik“

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 484 519
Səs ver:
(səs: 14)
14 yaşlı ingilis turist qız özündən 10 yaş böyük oğlanın ona seksual xarakterli mesajlar yazdığını irəli sürərək polisə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Marmaris qəsəbəsində atasıyla tətilə gələn 14 yaşlı ingilis qız K.C. 28 yaşlı türk Ş.D.-nin ona facebook və MSN-dən seksual məzmunlu mesajar göndərdiyini irəli sürərək polisə şikayət edib.

Prokurorluğun təlimatı ilə aparılan araşdırma nəticəsində gənc qızın ittihamlarının əsassız və böhtan olduğu ortaya çıxıb. Həbs edilən Ş.D sərbəst buraxılıb.

İngilis K.C. iyul ayının 7-də 35 yaşlı atası Shaun C. ilə Marmarisə tətilə gəlib. Tətil zamanı ata-qız ətrafdakı digər hotellərə də gedərək animatorların təşkil etdiyi əyləncələrdə iştirak ediblər. Qız bu əyləncələrdən birində tanış olduğu Ş.D. ilə bir müddət sonra mesajlaşmağa başlayıb. İş yerindən müştərilərlə uzun müddət danışmaq və görüşmək qadağan olduğu üçün internettən danışıblar.

Ş. D. 20 yaşı olduğunu deyən qızın bu sözlərindən şübhələnib. Bunu ona dedikdə qız yalan söylədiyini etiraf edərək 14 yaşında olduğunu deyib. O, hətta "Bakirə deyiləm. Görüşə bilərik",- deyə təklif irəli sürüb.

İngilis qızın bu təklifini rədd edən Ş. D. daha sonra görüşmə təklifini qəbul edib. Ancaq qız görüş yerinə getmək əvəzinə polisə müraciət edib. Qızın atasının şikayətindən sonra Ş.D. həbs olunub. Prokurorluğun təlimatıyla oğlanla qızın komputerləri yoxlanışa alınıb. Məlum olub ki, seksual məzmunlu mesajları ilk yazan qız olub.
(səs: 14)
Şərhlər: 6
Baxılıb: 484 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri