Müğənni Elnarə: "Telefonları söndürüb itmək fikrim var"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 13 759
Səs ver:
(səs: 2)
Məşhur müğənni Elnarə Xəlilovanın Qadınlar.Biz-ə müsahibəsi...

- Elnarə Xəlilova kimdir?
Elnarə Xəlilova ilk öncə bir Allah bəndəsidir. Daha sonra siravi bir vətəndaş ) Yalnız bunlardan sonra Ana, həyat yoldaşı, bacı, övlad, gəlin, dost, iş yoldaşı, qonşu və s.-dir. İxtisasca filoloq və xanəndədir ) Musiqiçi, aparıcı, idmançı, komsomolçu və nəhayət bir gözəlçədir )))))))))

- Bir neçə il bundan öncə ilk ovladınız dünyaya göz açanda qaynananızdan olduqca razı olduğunuzu, onun sizə ilk analıq sınağında çox kömək etdiyini qeyd etmişdiniz. Bəs hazırda necə? Maşallah olsun Allah Taala sizə 3 övlad bəxş edib. İndi sizə kim kömək edir?
Artıq sentyabrda 2 il olacaq ki, qaynanam bizimlə deyil, qaynımgillə yaşayır. Əvvəllər buna alışmaq çətin olsa da, indi özüm hər şeyi idarə etməyə çalışıram ) İndinin özündə də anam, yeri gələndə qaynanam, bacım, baldızım, xalalarım və s. lazım olanda mənə həmişə kömək edirlər )

- Müqəddəs Ramazan ayının günlərini yaşayırıq. Şeytanın zəncirli olduğu bu ayı necə qiymətləndirirsiniz? Oruc tutursunuzmuz?
Bəli. Orucumu da tuturam, namazımı da qılıram. Çünki qeyd etdiyiniz kimi şeytan zəncirlənir bu ayda.

- Yayın bu isti günlərində necə istirahət edə bilirsinizmi?
Qətiyyən istirahət etməmişəm və artıq çıldırmaq üzrəyəm )) Buna görə də avqustda telefonları söndürüb, itmək fikrim var ))

- Bəzən hər birimiz çox yorulduğumuzu hiss edirik. Bəs siz necə? Həyatın hansı qanunu sizi yorur?
Həyatın bir çox yazılmamış qanunları var. Məni ən çox mənən yoran yaxın münasibətdə olduğumuzdan istifadə olunmamızdır. Məs.: Bəzən hər hansı haqsızlıqla rastlaşırsan. Amma çox yaxın münasibətdə olduğun insana xatir buna göz yummağa məcbur olursan. Amma təbii ki, bu hallar tez-tez baş verdiyində həm tez yıpranır, həm də tez yorulursan...

- Qorxuram (Qan qrupu) dediyiniz... Bəs real həyatda ən çox nədən qorxursunuz?
Allahdan başqa kimsədən qorxum yoxdur mənim ) Amma təbii ki, mən də insanam və mənim də qorxularım var. Səhv anlaşılmaqdan həmişə qorxmuşam. Yaxınlarımı itirmək də çox qorxuram. Şərdən, böhtandan, mərdimazardan qorxuram.

- Məlumdur ki, 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurmusunuz. 2007-ci il iyunun 22-də Burla Xatun qızınız, 2009-cu il oktyabrın 11-də oğlunuz Tuğər Harun, üçüncü övladınız Öndər isə 2011-ci ilin 19 martında dünyaya gəlib. Allah saxlasın hər üç balanı… Allah nə qədər övlad bəxş etsə dünyaya gətirəcəm söyləmişdiniz. Lakin səhhətinizin buna imkan vermədiyiniz qeyd etmişdiniz: "Yaxın 3 il ərzində də səhhətim bir o qədər imkan verməyəcək. Çünki, oğlanlar bir-birinin ardınca oldu, aralarındakı fasilə çox qısadır. Bədənim zəifləyib, özümü gümrah hiss eləmirəm." - bunları 2011-ilin ilk yarısında demişdiniz. 3 il keçsək edir 2014-ci il :) Bu barədə düşüncələriniz dəyişməyibki?
))))) Xeyr, əsla )) Övlad Allah verən paydır ) deyir sən çaldıgını çal, gör fələk nə çalır ) Varmış bir bildiyi demək ki, bu balaları bizə verməkdə, Allaha çox şükür! Mən günah etməkdən çox qorxuram. Anam həmişə mənə zarafatca deyir ki, onda 40 uşaq doğarsan )) Qaynanam da deyir ki, ərli arvad gərək doğa )))))))) Əslində 3 bəsdir düşünürük, amma həyatın işini bilmək olmaz. Olsa gərək dünyaya gətirəsən.

- Övladlarınız 2007, 2009 və 2011-ci illərdə dünyaya göz açıblar. 2 il aralığı ilə. Bunu öncədən planlamışdınız?
Xeyr. Qızım Burlaxatundan sonra gözlənilmədən Tuğər, daha sonra planlaşdırılmadan Öndər oldular ) Dediyim kimi övlad - Allah veren paydır, şükür məsləhətinə! ))

- Hər kəsə sizin nümunəvi ana olmağınız maraqlı olduğunuzdan həyatınız haqda çox sual verməli oldum. Bu sizi narahat etmir ki? Həyatınız haqda sonda xanımlarımıza bir ana olaraq nələri məsləhət görə bilərsiniz?
Məsləhət görərdim gülərüz olsunlar ) Pozitiv olmağa çalışsınlar ) Həyatı və içindəkiləri sevməyi bacarsınlar ) Allaha hər daim şükr etsinlər )

- Sizi müğənni kimi, məşhur reklamların siması kimi, radio verlişi aparısı və teleaparıcı kimi, filmlərdə baş rol ifaçısı kimi və ən əsası nümunəvi ana qismində görmüşük. Daha başqa bir fəaliyyətinizi görə biləcəyikmi ya bunlarla kifayətlənəcəksiniz?
Ümumiyyətlə başqalarının vaxtı mahnı oxumağa gedəndə mən dərs oxumuşam. Azərbaycan Dillər Universitetini qırmızı diplomla bitirmişəm. 2-ci təhsilimi Milli Konservatoriyada almışam. Yenə də başqaları pop musiqisi ifa edəndə mən muğamlarımızı öyrənmişəm. Bir neçə dəfə TV proqramlarda dəsgahlardan ibarət saat yarımlıq konsertlər vermişəm, özü də 6 aylıq hamilə ikən. Daha sonra Qan qrupu və rok, sonra Öndər, sonra yenidən solo karpera və pop musiqisinə möhtəşəm qayıdış. Yəni, dediyim odur ki, bunların hamısını mən eləmişəm. Halbuki sıradan pop musiqilər ilə mən də başqaları kimi həm yaxşı pul qazana bilərdim, həm də şan-şöhrət. Amma bu məni az maraqlandırıb. Əvəzində mən muğam, rokla maraqlanmışam və vaxtımı buna sərf etmişəm. Amma uzun illər ünvanıma səhnədən getdi, ara verdi və s. sözləri eşitməyim məni çox pərişan edib.

- Müğənnilik həyatınızda yadda qalan hadisə varmı?
Mənə görə yadımda qalan mənim hər zaman axtarışda olmağım, həmişə zəhmət çəkməyim olub. Bu da mənim seçimimdir və buna görə mən fəxr edirəm )

- Hazırda hər hansısa bir mahnı üzərində işləyirsinizmi?
Hazırda xalq çalğı alətləri ilə Vüqar Camalzadənin rəhbərliyi ilə xalq mahnılarından ibarət gözəl bir popuri üzərində iş gedir )

- Hər bir dinləyicinin bir zövqü var. Öz adıma bir sual vermək istərdim. "Qan qrupu"nda ifanız olan "Təlqin"ə bu gün də ən azı 2 dənə dinləməsəm elə bil nəyinsə çatışmadığını duyuram. Sualım odur ki, o cür bir ifa yenidən sizdən gözləyəkmi? ( mən gözləyəcəm ən azından:) )
Mütləq. Hətta bəlkə qarşıdan gələn mübarək Məhərrəm ayında bir gözəl ilahi musiqi, dua yazırdım )

- Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət hansıdır?
Həm bəyəndiyim, eyni zamanda bəyənmədiyim xüsusiyyətlərim çoxdur(( Məs.: Sadəlövlüyüm. Mən hər 6 aydan bir mütəmadi olaraq aldanıram )) Üzüyumşaqlığımdan isə lap zəhləm gedir (( Hələ hamının məndə bəyəndikləri səmimiliyi demirəm (( O qədər ondan sui-istifadə edənlər olur ki...

- Zamanla insanlar müsbətə və ya mənfiyə doğru dəyişir. Sizi necə zaman hansı istiqamətə doğru dəyişə bilib?
Məncə müsbətə, həm də çooox ))

- Gözəlliyinizlə, sənətinizlə, aparıcılıq və bir çox bacarıqlarınız ilə izləyənlərin rəğbətini qazanmısınız. Bu qədər məşhurluq sizə gündəlik həyatınızda çətinlik yaradırmı?
Demək olar ki, yaratmır. Çünki biz sənət adamlarını yaşadan tamaşaçı sevgisidir və biz hər zaman gərək sevilək ki, yarada bilək ))

-  Geyim tərziniz necədir? Seçimi özünüzmü edirsiniz? Xanımların demək olar ki, hamısı alış-verişi sevir, xüsusən, ayaqqabılara qarşı həssasdırlar. Siz neçə alış-verişi sevirsinizmi və qarderobunuzda ən çox nəyə rast gəlmək olar?
Bəli, çox sevirəm ) Mən bütün günü səhərdən axşama kimi alış-veriş edə bilərəm ) Həm geyim, həm ayaqqabı, həm aksesuar almağı çox sevirəm ) Geyim tərzimsə mənə və hal-hazırki bədən ölçülərimə və statusuma yaraşan geyimlərdir )

-  Ən böyük arzunuz nədir?
Ən böyük arzum dünyanın bütün tanınmış konsert salonlarında konsert verməkdir )

- Saytımız, Qadınlar.biz-i bəyənirsinizmi?
Bəli, bəyənirəm, elə təkcə ona görə ki, Xanımlarımıza Böyük diqqət göstərirsiniz )

- Saytımızın xanımlarına və bu yazını oxuyan istifadəçilərə ürək sözləriniz nədir?
Ürək sözüm odur ki, bütün oxucularınızı qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, Allahdan onlara və ailə üzvlərinə can sağlığı, əmin-amanlıq və ruzi-bərəkət arzu edirəm. AMİN! ) Hörmətlə, L-Nara ))

Sonda Qadınlar.biz saytı adından məşhur müğənni Elnarə Xəlilovanın şəkillərini sizlərə bölüşürük...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


(səs: 2)
Şərhlər: 3
Baxılıb: 13 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri