Azərbaycanlı müğənni: "Mən həmişə acam" - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 183
Səs ver:
(səs: 0)
Müğənni Dilarə Kazımova çox yediyini etiraf edib.

Qadınlar.biz-in axşamaz-a istinadən məlumatına görə, ifaçı "Formaggio” dərgisinə müsahibəsində əsl qurman olduğunu deyib:

"Yeməyi çox sevirəm. Mən həmişə acam. Dostlarımdan soruşsanız, onlar da təsdiqləyər ki, Dilarə daima yemək istəyir. Ən çox da düşbərə və spagettini xoşlayıram. Fərqli yeməklər dadmaq istəyirəm, həmişə axtarışdayam. Axı aşpazlar müxtəlifdir və  yeməklərə yanaşmaları da fərqlidir. Əminliklə deyə bilərəm ki qurmanam (gülür). Yeməkdən həzz almağı bacarıram. Mənim üçün yemək özü bir sənət əsəridir. Amma yemək bişirə bilmirəm, heç həvəsim də yoxdur.
Əvəzimə rəfiqələrim çox gözəl yeməklər hazırlayırlar. Ona görə onlara tez-tez zəng edirəm ki, sizə qonaq gəlirəm, acam, yeməyə nə var?”.

Dilarə yemək sevgisinin onu restoran biznesi qurmağa yönəltdiyini bildirb:

"Bu sevgi məni restoran biznesinə yönəldib. Nə vaxtsa restoran açmaq istəyirəm. Orada elə yeməklər bişəcək ki, heç kim dadından doymayacaq”.


(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri