Bakıda gənc qızın Facebook macərası oğlanlar arasına qan saldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 12 823
Səs ver:
(səs: 3)
Bakı şəhərində Facebook tanışlığı qanlı sonluqla bitib. Bu gün Bakı Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində baş vermiş bıçaqlanma ilə bağlı məlumat yayıb. İdarədən Milli.Az-a daxil olan məlumatda deyilir ki, avqustun 19-da Q.Qarayev prospektində Bakı şəhər sakini Orxan Tarverdiyev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Salman Salmanzadə tutulub.

Milli.Az qanlı hadisəyə yol açan səbəbi öyrənib. Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsindən öyrəndik ki, S.Salmanzadəni əlini bıçağa atmağa vadar edən O.Tarverdiyevin onun bacısı ilə Facebook-da yaranmış münasibətidir. Salman hadisədən əvvəl bacısının sosial şəbəkədə Orxanla danışdığını görüb. O, Facebook-dan Orxanın əlaqə nömrəsini götürərək ona zəng edib, "razborka”ya çağırıb. Qara Qarayev prospektində görüşən zaman Salman özü ilə gətirdiyi bıçaqla Orxanın qarnına vurub. İki bıçaq zərbəsi alan Orxan ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Bundan sonra Laçın rayonundan məcburi köçkün olan S.Salmanzadə tutularaq polisə gətirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 12 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri