Azərbaycanda qardaş qardaşı öldürüb arvadına yiyələndi - VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 26 922
Səs ver:
(səs: 2)
Qatil qardaş 12 il müddətində azadlıqdan məhrum edilib

Goranboyda dəhşətli ailə dramı baş verib. "Kanal Baku” xəbər verir ki, rayonda yaşayan Alcanovlar ailəsində qardaş qardaşını öldürərək arvadına sahib olub.

Belə ki, Alıcanovlar ailəsində 2 qardaş və 2 bacı valideynlərini itirdikdən yetim qalıblar. Dolanışıqları çətin olduğundan Ruslan və Nurlan qardaşları bacılarını internata verib, özləri isə ata evində yaşayaraq fəhləliklə birtəhər başlarını dolandırıblar. Evin kiçik oğlu Nurlan isə bacılarını unutmayıb və tez-tez onları ziyarət edib.

18 yaşı tamam olanda Nurlan Alıcanov hərbi xidmət keçir. Qardaşı hərbi xidmətdə olarkən Ruslan qonşu kənddən Nigar adlı qızı qaçırıb və onunla evlənib. Nurlan hərbi xidməti başa vurduqdan sonra, Ruslan onu ata mülkünə buraxmaq istəməyib. Nurlan zorla da olsa evə girib. Bundan sonra qardaşlar hər gün mübahisə edirləb. Ən böyük mübahisə isə Nurlan bacılarını evə gətirmək istəyəndə baş verib. Bu zaman Ruslanın həyat yoldaşı atası evində olub.

Qardaşlar arasında mübahisə sonradan əlbəyaxa davaya keçib. Mübahisə zamanı Nurlan evdə olan baltanı götürərək Ruslanı öldürüb. Nurlan Alıcanov qardaşını öldürəndən sonra onun meyidini həyətdə basdırıb. Evdə olan qan izlərini isə təmizləyib. Bir neçə gündən sonra Ruslanın arvadı evə qayıdıb. Nurlan arvada ərinin Bakıya getdiyini bildirib. Bir müddət sonra ərinin Bakıdan qayıtmadığını görən Nigar bu barədə televiziyada elan vermək istəyib.

"Ruslan telefon oğurluğu ilə məşğuldur. Onun şəklini görsələr tutacaqlar”, - deyə Nurlan Nigara etiraz edib.

Qaynına inanan Nigar bu fikrindən dönüb. Bir müddət Nigarla bir evdə yaşayan Nurlan sonradan qadına intim münasibətlər təklif edib. Onlar arasında ər-arvad münasibətləri başlayıb. Bu arada Nurlan bacılarını da unudub.

Onların eşq macərası bir il çəkir. Nurlanın cinayətinin üstü isə qohumların Ruslanın itkin düşməsi barədə polisə məlumat verməsindən sonra açılıb. Araşdırmalar zamanı polis Ruslan Alıcanovun öldürülməsi qənaətinə gəlib. İlk olaraq Ruslanı sonuncu dəfə görən Nurlan dindirilib. Dindirilmə zamanı Nurlan cinayətini etiraf edib və meyidi basdırdığı yeri göstərib. Polis dərhal Nurlanı həbs edərək məhkəməyə təhvil verib. Məhkəmə zamanı Nurlan qardaşını bacılarını istəməsi üçün öldürdüyünü deyib. Qardaşının arvadına göz dikməsinin səbəbini soruşduqda isə Nurlan sualı cavabsız qoyub.

Nigar ərinin yoxa çıxmasının səbəbkarının Nurlan olmasından ilk gündən şübhələndiyini bildirib. Lakin bu barədə polisə məlumat verməməsinin səbəbini və digər sulları cavablandıra bilməyib.

Məhkəmənin hökmü ilə Nurlan Alıcanov 12 il müddətində azadlıqdan məhrum edilib.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 26 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri