ANS-in Zümrüdü: "O, qadını elə-belə soyundurmazdı” - FOTOLAR "

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 001
Səs ver:
(səs: 2)
Həmsöhbətim Zümrüd Qasımovadır - YUĞ Dövlət Teatrının aktrisası. Eyni zamanda, ANS Televiziyasının ötən mövsümdə yayımlanan "İkinci həyat” proqramının aparıcısı olub. Mənim yadımda isə on iki il öncə, mərhum rejissor Vaqif İbrahimoğunun "Canımda can” tamaşasındakı çılpaq qız obrazı ilə qalıb. O da yadımdadır ki, həmin ərəfədə Zümrüdü erotik roluna görə az qala topa-tüfəngə tumuşdular. Amma həmin tamaşa anşlaqla keçirdi… 

- Söhbətə ənənəvi sualımızla başlamaq istərdim; özünü ulduz sayırsan?
- Yox, sadəcə, adi insanların həyatından bizim həyatımz bir qədər fərqlidir. Bu da məşğul olduğumuz peşə ilə bağlıdır. 

- Zümrüd, sən mənim yadımda mərhum rejissor Vaqif İbrahimoğlunun 2000-ci ildə hazırladığı və həmin dövrdə böyük səs-küyə səbəb olan "Canımda can” tamaşasındakı çılpaq qız obrazını oynayan aktrisa kimi qalmısan. Gənc bir qızın büs-bütün soyunaraq tamaşada görünməsi cəmiyyətdə qəzəb doğurmuşdu…
- Bəli. Onda mənim 19 yaşım vardı. Müəllimim Vaqif İbrahimoğlu həmin vaxt məni öz tamaşasına dəvət etdi. Amma qabaqcadan da xəbərdarlıq etdi ki, bax, qızım, belə bir obrazdır, istəsən etiraz edə bilərsən,  məcburiyyət yoxdur. Mən də həmişə sənətə gələndə belə fikirləşirdim ki, hamıdan biri olmalı deyiləm. Bu rol mənim peşə həyatımda bir mərhələ oldu. Əslində hər birimizin intim həyatı var və burada ayıb heç nə yoxdur. 

- O tamaşada oynadığına görə indi peşman deyilsən ki?
- Yox, bu mənim peşəmdir. Amma öz cəsarətimə də məəttəl qalıram. Əslində Vaqif müəllim mənə demişdi ki, bu rola görə səni pisləyəcəklər, qınayacaqlar, təzyiqlər olacaq. O vaxt bütün mətbuat mənim çılpaq rolumdan yazdı və məni topa-tüfəngə tütdular. Məni bir şey sakitləşdirirdi ki, bu tamaşa estetik baxımdan gözəl idi, bu bir sənət əsəri idi. Məndən sonra səhnədə nəsə erotik rollar yaratmaq istəyənlər də oldu, amma onların bədən quruluşu estetik baxımdan heç bir effekt vermədi. Vaqif İbrahimoğlunun tamaşalarında hər zaman bir məntiq vardı.  

O heç vaxt qadını elə-belə soyundurmazdı. Mən bilirdim ki, o tamaşada yamaq olmayacağam. Gözəl tamaşa idi, heyf ki, ən çox danışılan tamaşanın gözəlliyi yox, mənim soyunmağım oldu. 

"Dedi ki, Zümrüd, keç səhnəyə və soyun”

- Bu roldan sonra hansı təzyiqlərlə qarşılaşdın? Evdəkilərin xəbəri oldu bu tamaşadan?
- Yox, hələ də ailəmizin bu tamaşada soyunmağımdan xəbəri yoxdu. Amma anam indi də bilir ki, mən dediyimi edən qız olmuşam və edirəm də.

- O tamaşaya mən də baxmışdım, amma o soyunmaq səhnən elə anidən baş verirdi ki, əksər tamaşaçı bunu sezə bilmirdi…
- Mən orda baş qəhrəmanın xəyalındakı qadını canlandırırdım. Yuxuda onun yanına gəlirdim, yatağına girirdim, amma əynimdə  paltar olurdu. Orda hamam səhnəsi vardı. Paltarımı soyunub çimirdim və sonra dəsmala bürünüb gedirdim. Bu səhnənin də qarşısına şəffaf müşənbə çəkilmişdi. Əslində su da yox idi, etüd göstərirdim. Bu 15 saniyəlik görüntü idi. 

- Əynində heç nə yox idi?
- Yox.

- Bu tamaşanı neçə dəfə oynadın?
- 12 dəfə. Başqa rejissor desəydi, mən bunu eləməzdim. Sadəcə, ona inanırdım və bilirdim ki, bu əsil səhnə estetikası olacaq.

- Kompleksin olmadı heç?
- Məşqlər zamanı mən soyunmurdum. Elə paltarlı oynayırdım. Tamaşa vaxtı Vaqif müəllim dedi ki, Zümrüd keç səhnəyə və soyun. Mən buna heç peşman da deyiləm. Filmdə də soyunmuşam. "Qala” filmində bir hamam səhnəsi vardı, orda xalatı soyundum. Düzdür, aşağı hissə bağlı qaldı, amma yuxarı hissə tam çılpaq idi. O səhnəni sonradan filmdən çıxardılar. 

- Niyə?
- Nə bilim. Dedilər ki, bu Qarabağ mövzusuna uyğun gəlmir. Yəni sözümün canı budur ki, mən bunu filmdə də eləmişəm və peşmançılıq çəkmirəm. 

"Bizim kişilər dünya ulduzlarına baxıb ağızlarının suyunu axıdırlar”

- Bu gün necə, yataq səhnəsinə çəkilərsənmi?
- Bu gün hər kəs istədiyi intim həyatı yaşayır. Amma mən bunu bir aktrisa olaraq edirəm. Əgər məni baş rola dəvət edib, istədiyim qədər pul versələr, çılpaq soyunub, yataq səhnəsinə çəkilərəm. Niyə bizim kişilərimiz dünya ulduzlarına baxıb ağızlarının syunu axıdırlar, Monika Belluçinin şəkillərini paylaşırlar, amma öz aktrisalarımız erotik səhnəyə çəkiləndə, ya fotolarını paylaşanda ona "əxlaqsız” deyirlər? Amma əslində gecəyarısı oturub o aktrisanın şəkillərlərinə də baxırlar, hətta o aktrisa ilə tanış olmaları üçün mücadilə də aparırlar. 

- Vəfa Zeynalovanı da az qala topa-tüfəngə tutdular o səhnəyə görə…
- Orda heç bir ayıb səhnə yox idi, mən Vəfanı dəstəkləyirəm, yaxşı edlb çəkilib o filmə. Mənim üçün ətrafdakıların fikri önəmli deyil. Yoldan keçənin mənim haqqımda dediklərinə gəlincə, o adamlar gedib öz ailələrinə baxsınlar, sonra başqasına əxlaqsız damğası vursunlar. Mən buna bir peşə kimi baxıram. 
  
- Həyat yoldaşın qısqanc deyil ki?
- Oy… Çox qısqancdır. Əslində mənim beş-altı il səhnədə görünməməyim elə həyat yoldaşım və səhhətimlə bağlı olub. Amma mən ağır xəstəlikdən sağalandan sonra özümə söz verdim ki, bir günümü də boş keçirə bilmərəm. Bu həyat mənimdir, istəyərəm soyunaram, istəyərəm ayaqyalın gəzərəm, kimə nə dəxli var axı? Mən bunu bir aktrisa olaraq deyirəm.

"Kişi dünyanın ən gözəl qadını ilə də yatağa girə bilər, amma…”
 
- Həyat yoldaşın erotik səhnələrə çəkilməyinə icazə verər?
- Yox, heç vaxt razılıq verməz, ərim buna görə başımı kəsər. 

- Bəs onda səhnə həyatın necə olacaq?
- Mən həmişə deyirəm ki, ağıllı qadın hər ikisini əlində saxlamağı bacarmalıdır; peşəsini və ərini. 

- Amma yəqin sən də mənimlə razılaşarsan ki, kişilərin gözü həmişə dağınıq olur…
- Birmənalı deyirəm ki, gəzməyən kişi yoxdur. Amma mən xoşbəxtəm ki, sevilirəm. İndi gördüyün Zümrüdün 70 kilo çəkisi var. Həyat yoldaşımla tanış olanda isə 55 kilo idim.
 
- Neçə il əvvəl?
- Beş il. 

- Harda tanış olmuşdunuz?
- İlk dəfə mənim ondan xoşum gəlib və mən onun arxasınca düşmüşəm. 8 ay mənə zülm verdi, telefonlarıma cavab vermədi. Amma mesajlar yazmağa davam edirdim. 

- Qorxmurdun sənə pis baxar, axı bizdə ənənədir oğlan qıza eşq elan edər…
- Hiss edirdim o məni xoşlayır. İnad göstərdim. O insanın məni nə qədər çox sevdiyini hiss edirəm. Çünki qadın hissiyatını heç nə ilə aldatmaq olmaz. Qadın kişinin ondan soyuduğunu da hiss edir, sevdiyini də. 

- Bu sevgi yataqda tükənə bilər. Çünki ən qızğın ehtiraslar da bir gün tükənir…
- Kişi dünyanın ən gözəl qadını ilə də yatağa girə bilər. Amma hisslər yoxdursa, ondan uzaqlaşacaq. 

- Həyat yoldaşını itirməkdən qorxursan?
- Əlbəttə, amma bir şeyi dəqiq bilirəm ki, həyatda hər şey müvəqqətidir.  Biz özümüz də müvəqqətiyik, bu gün varıq, sabah yoxuq.  Amma durub desəm ki, biz heç vaxt ayrılmayacağıq, nə vaxtsa ondan ayrı yaşaya bilmərəm, özümü öldürərəm, yalan olar. Hətta analar övladlarını basdırıb yenə yaşayırlar.

- Ramiz Rövşən demişkən, mən elə bilirdim sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla…
- Düzdür…

- Xəyanəti bağışlayarsan?
- Bağışlayaram… Bir var fiziki, bir də var ruhən xəyanət. Mən güclü qadınam, ən çətin anlarımda belə dodağımda qırmızı boyam olub, bəzənib-düzənmişəm. 

- Gücü nədən alırsan?
- Qoç bürcündənəm, yəqin ona görə.

- Göz yaşını göstərməyi xoşlayırsan?
- Durub desəm ki, göz yaşımı içimə axıdıram, yalan olar. Allah heç kəsi sağlamlığı ilə imtahana çəkməsin. Mən xəstə olduğum vaxtda Allahıma yalvardım ki, mənə bir az da ömür versin, yaşayım. Ana olmaq, xoşbəxtliyin dadını çıxarmaq istəyirəm.

- İnşallah, olarsan.
- Amma həkimlər mənə deyir ki, bu böyük bir riskdir. Ana olmağım 99 faiz ölümlə nəticələnə bilər. Amma mən risk etməyi çox sevirəm. Ola bilər bu müsahibədən sonra mənim haqqımda pis düşünənlər də olacaq. Deyəcəklər buna bax e, utanmır. Hər halda müsahibələrin altında olan şərhlərdən xəbərim var. 

- Bizdə şərhlər verilmir…
- Ümumiyyətlə deyirəm. Sözümün canı budur ki, Allah hərəyə bir qismət yazıb. Deyə bilmərəm ki, tutalım, Cəvahir pis, Zümrüd yaxşıdır. Sənə görə əxlaqsızamsa, kiminsə bacısı və arvadıyam. 

- Sənin anlamında xoşbəxt qadın necə olur ki?
- Nə bilim. Mən əgər indi səninlə bu otluqda oturub söhbət edirəm, nəfəs alıramsa, bu xoşbəxtlikdir. Çünki həyatımda ağır anlarım çox olub. Çox adam olub ki, qıraqdan mənə baxıb nə bəxtəvərdi deyib, amma içimdəkindən, xəstəliyimdən xəbəri olmayıb. Arzum var ki, kinoya çəkilim, potensialımı göstərim. İnsanın pulu çox olanda ona dəyər verirlər, onun qarşısında əyilirlər. Mən istəyərəm o qədər çox pulum olsun ki, mənə söz deyəndə ehtiyatlansınlar. Qadınları heç vaxt iqtisadi baxımdan ələbaxan görmək istəmirəm. İstəyirəm ki, bizim qızlar hər kəsdən üstün olsunlar.

İntim mesajını bizə oxudu
 
- Ən çox nəyə pul xərcləyirsən?
- Geyim xəstəsiyəm. Son vaxtlar bahalı geyimlər alıram. Nə bilim qorxuram həyatda yaşamağa vaxtım qalmasın, ya nəsə, özümə hər şey etmək istəyirəm. Belə daha çox gəzməyi xoşlayıram.
 
- Əlində cib kisən var, pis çıxmasın, çox maraqlıdır, içində nə qədər pul var?
- Gəl baxaq… 80 manat.

- Adətən üstündə nə qədər pul gəzdirirsən?
- Adətən kartlardan istifadə edirəm. Ömrü boyu da borclu qalıram. Əslində bir elə də pul xərcləmirəm. Benzin, pal-paltar alıram.

- Evə bazarlığı kim edir?
- Yoldaşım da, mən də…

- Hərdən demirsən ki, bu sür-sümüyü hardan alıb gətirmisən?
- Çox qısqancdır. Hərdən deyir ki, qəssab da sənin tanışındır.

- Qısqanclıq nədən yaranır səncə?
- İtirmək qorxusundan.

- Özünü seksi xanım sayırsan?
- Çəkici xanımam, bəli. Məndə izuminka var. 

- Həyat yoldaşınla mesajlaşırsan?
- Hər saat.

- Axırıncı mesajı mənə oxuya bilərsən?
- Gəl bərabər oxuyaq. "Şəklini çək, mənə göndər. Solnuşka skajite lüybiş menya?” Beş il keçsə də mən ona hələ də mesajlar yazıram. 

"İstəyəndə pambıqdan da yumşaq, istəməyəndə isə əsil ifritə oluram”

- Evdə kim birinci güzəştə gedir?
- Oyyy, mən çox tərsəm. Onun o qədər həlim ürəyi var ki… Olub ki, küsüb bir ay anamgildə qalmışam. Zəng edib ki, harda qalmısan, gəl çıx də. Bu küsüşmələr çox yaxşıdır, çünki barışıqlar da çox gözəl olur. Belə götürəndə darıxdırıcı olur.

- Onun səndə qiymətləndirdiyi ən gözəl xüsusiyyət hansıdır?
- Sadəliyim. İstəyəndə pambıqdan da yumşaq, istəməyəndə isə əsil ifritə oluram. Mən küsdümsə, öz işimdə oluram, danışmıram onunla, barışanda isə o əsəbiləşir ki, madam barışacaqdın, niyə mısmırıq sallayırdın?

- Bəs sən onda hansı keyfiyyətləri dəyərləndirirsən?
- O son qəpiyini mənə xərcləyər. Bəzən qadınlar var e, deyirlər ki, kişidən pul qopardıq, neylədik-filan. Amma o həmişə mənə deyir ki, Zyuma sən işləmə otur evdə, mən sənə istədiyin pulu verərəm. O deyir ki, yalnız mənim üçün gözəl görün. 
   
- ANS-də aparıcı idin, bu səni sənətdən uzaqlaşdırmırdı ki?
- Yox, həmin vaxtda iki teatrda çalışırdım; Mingəsevir və Yuğ Teatrında… Hamısını çatdırıram. 

- Kinoya çəkilirsən?
- İstədiyim qonararı verəndə çəkilirəm. Dəyərimi verməsələr, heç bir rola çəkilmirəm. 

- Necə bir rolda oynamaq istərdin?
- Janna Darkın obrazını filmdə yaratmaq istərdim. "Təhminə və Zaur”da oynamaq istərdim. 

- Bəs hansı aktyorla tərəf müqabili olmaq arzusundasan?
- Çox istərdim Fəxrəddin Manafov, Fizuli Hüseynov, Rasim Balayevlə tərəf müqabili olum.        

Cəvahir Səlimqızı /publika/

 

 

 

 

 

 

 

 

 

 

 

 


(səs: 2)
Şərhlər: 4
Baxılıb: 10 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri