Müğənni Günay İbrahimli konsertdə geyimi ilə də diqqət mərkəzində idi - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 21 441
Səs ver:
(səs: 2)
Dünən gənc müğənni Günay İbrahimlinin "Yaşıl Teatrda" konserti baş tutub.

Vaxtından gec səhnəyə çıxan müğənnimiz gələn qonaqları gözləməyə vadar edib.

Sahat 21:00-da başlamalı olan konsert yarım saat gecikib. Bir qədər gözlədikdən sonra isə konsertin aparıcısı Nanə Ağamalıyeva səhnədə hər kəsi salamlayıb və konserti açıq elan edib.

Qonaqları daha da çox gözlətmək istəməyən teleaparıcımız, nəhayət ki, səhnəyə Günayı dəvət edib.

Ardından müğənnimiz səhnəyə buyuraraq hər kəsi salmlayıb və sevilən mahnılarını ifa etməyə başlayıb.

Onların arasında: "Özümdə Sənsən", "Söz Olar", De Onun Adı Nədir" və başqaları olub. Müğənni yerli mahnılardan savayı bir neçə xarici mahnı da oxuyub. Onlardan ən çox alqış qazanan isə fransalı müğənni Lara Fabianın "Je t'aime" (mən səni sevirəm) mahnısı olub.

Hər ifasından sonra çoxlu sayda alqış alan müğənnimiz səhnədə tək olmayıb. Günay sona yaxın mahnılarının birini gənc gitaraçılarla oxuyub.

Nəzərinizə çatdıraq ki, duet şəklində mahnı ifa etmək üçün müğənni Ceyhun Əliyevi səhnəyə dəvət edən müğənni onu səhnədə görmədikdə bir qədər pərt vəziyyətə düşüb və "yəqin Ceyhun toyu konsertdən üstün tutaraq bu gecə bizimlə bərabər deyil" söyləməklə durumdan çıxmağa çalışıb.

Hətta deyilən sözlər belə, Günayın Ceyhundan necə bərk incidiyini gizlətmək iqtidarında olmayıb.

Onu da bildirək ki, müğənnimizi gecədə tək buraxmayan sənət yoldaşları da olub. Konsertə təşrif buyuranlar arasında müğənni Zamiq, hacı Nazim, Teymur Əmrah, yumorist aktyor Fərda Xudaverdiyev, əməkdar artist İlqar Muradov və başqaları olub.

Sonda onu qeyd edək ki, Günay bu geyimi ilə bağlı öncədən onu söyləmişdi ki, "Anam nə geyinəcəyimi bilsə, başımı kəsər"...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 21 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri