Röya: “Ərim məni qoyub getdi...” - MÜSAHIBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 379
Səs ver:
(səs: 4)

 

Qadinlar.Biz bildirir ki, müğənni Röya Ayxan lent.az-a müsahgibə verib. 


- Röya, haqqında gəzən söz-söhbətlərə, qalmaqallara həyat yoldaşının münasibəti ? 

- Anar çox maraqlı kişidir. Azad və istədiyim kimi yaşadığım üçün xoşbəxtəm. Hər addımımda onun icazəsi var, onun sözündən qırağa çıxmıram, çox udmuşam. Ən əsası odur ki, ərim bu günə qədər də mənim üçün ölür. Bax, ən vacibi budur. Bunu qazanmaq lazımdır. 

- Neçə ildir ki, evlisiz, nəyi bölüşə bilmirsiniz? 

- Hərdən lap uşaq kimi oluruq. Bu yaxınlarda yolun ortasında əsəbiləşib maşından düşdü, məni qoyub getdi. Hamı bizə baxırdı. Evdə bizə güldülər ki, siz ər-arvadsız, sevgili deyilsiniz, valideynsiz artıq. Ancaq bu həyəcanlar olmalıdır da. Bu, ölənə qədər də olacaq. Ailədə hər şey baş verir. Mən müğənniyəm. O, 17 yaşlı qız yox, ulduz alıb. 

- Ulduzunu qısqanırmı? 

- O, ulduzla evləndiyini get-gedə unudur, narazı olur, əsəbiləşir. Ona deyəndə ki, gecə saat 4-ə qədər səsyazma studiyasında mahnı yazdırcam, bunla razılaşmır. İndi başa sala bilmirəm, amma əvvəl daha səbirli idi. O, indi evə daha çox bağlıdır, mənsə yox. Mənə demişdi ki, "Göndər” klipin efirə getsə, səni boşayacam. Səhər durdum, dedim ki, "Qadan alım, bu qələm bu da kağız, gəl, qol çək”. 

- Onsuz yaşaya bilərsiz ? 

- Yaşaya bilmərəm, darıxaram, qalammaram, yox! Allah heç bir ailəni kişisiz, uşağı atasız, ulduzu isə tək qoymasın. 

- Deyəsən, Sizi ayırmaq istəyənlər çoxdur... 

- Bu, əslində belə də olmalıdır. Bu cür işlərlə 2-3 nəfər məşğuldur, hamı yox, onlar məndən narazı olanlardır, yığıblar məndən... 

- Ən çox kim qazanır? 

- Mən. Qazanıram, paltar alıram qohumlarıma, valideynlərimə, qardaşıma, işçilərimə xərcləyirəm. Osa ailəni dolandırır. 

- Yəqin uşağınız üzünüzə həsrətdir? 

- Yox, niyə həsrətdir ki? Axşamlar gedirəm toya, gəlirəm ki, o, hələ yatmayıb, saat 2-də də olsa məni gözləyir, güclə yatızdırırıq..

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri