Bakıda hicablı qadın zorlandı!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 799
Səs ver:
(səs: 6)

"Bu əclaflar qanunun tam ciddiyyəti üzrə cavab verəcəklər”.

Bakının Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

Hadisə Albalı qəsəbəsində baş verib.

Qadinlar.Biz xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.

Əldə olunmuş məlumatlara görə, sentyabrın 4-dən 5-nə keçən gecə, təxminən gecə saat 02:00 radələrində 35 yaşlı yerli sakin A.M.-in evinə (adı etik səbəblərdən çəkilmir) iki kişi daxil olublar. Cinayətkarlar evə pəncərədən giriblər.

Qadın evdə tək olmayıb. Onun iki övladı bu vaxt yatıblarmış. Zərərçəkmiş bildirib ki, cinayətkarlar onu növbə ilə zorlayıblar, bu zaman onlardan biri qadının əllərindən və ağzından tuturmuş ki, o, səs salmasın.

Zərərçəkmiş həmçinin bildirib ki, kişilərin adlarını bildirir, çünki bu şəxslər onun əri ilə tanışdırlar. Onların adı Mübariz və Adildir. Həmin gecə şikayətçinin əri özü evdə olmayıb. O, qəlyançı işlədiyi kafedə qalıbmış. Əməliyyatçılar güman edirlər ki, zorlama hadisəsini törətmiş şəxslər qadının ərinin planlarından xəbərdar olublar və buna görə də, onun evinə gecə vaxtı gəliblər.

Qeyd edək ki, əməliyyatçılar təxminən hansı Adildən söhbət getdiyini bilirlər – Naxçıvandan olan bu şəxs qəsəbədə yaşayır və pis adam kimi tanınır.

"Zərərçəkmiş şəxs tərbiyəli, dindar qadındır, hicab da taxır. Bu əclaflar qanunun tam ciddiyyəti üzrə cavab verəcəklər. Biz hətta ailədə parçalanma olmamaq üçün qadına zorlama barədə ərinə danışmamağı təklif etdik. Lakin o dedi ki, həqiqətin üstü əvvəl-axır açılacaq və buna görə də, o, hər şeyi ərinə etiraf edəcək. Sonrasına baxarıq” – deyə, rayonun 14-cü polis şöbəsindən bildiriblər.

Hazırda əməliyyatçılar şübhəli şəxslərin axtarışını davam etdirirlər. Qrup şəklində zorlama hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

(səs: 6)
Şərhlər: 5
Baxılıb: 10 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri