Bakirə çıxmayan 18 yaşlı gəlini öz atası zorlayıb – FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 29 055
Səs ver:
(səs: 7)
Yeni ərə gedən qız toy gecəsi bakirə çıxmayıb.

gün.azın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Samsun vilayətinin Vezirkörpü qəsəbəsində yeni ərə gedən E.B. nikah gecəsi bakirə çıxmayıb.

Bu zaman onun atası, 42 yaşlı O.B. qızına özünün təcavüz etdiyini etiraf etməli olub. Iki arvadından 9 uşağı olan ata həbs edilib, qızı isə qadın sığınacaq evinə yerləşdirilib.

Hadisə rayonun Adatepe kəndində 4 gün bundan əvvəl baş verib. E.B. qohumu olan 21 yaşlı H.B. ilə ailə qurub. Toy gecəsi əri ilə birlikdə olan gənc qız bakirə çıxmayıb, bunu başa düşən əri həkimə getmək istəyib. Ancaq E.B. bunu qəbul etməyib. Ərinin onu ciddi-cəhdlə sorğu-suala tutduğunu görən qız 1,5 il bundan əvvəl atasının ona zorla sahib olduğunu deyib.

Ər və arvad birgə polisə gedərək, şikayət ediblər. Şikayətdən sonra həbs olunan ata günahını boynuna almayıb. "Mənə niyə belə bir iftira atdığını bilmirəm. Adam öz qızına belə şey etməz”.

İndi ata cəza evindədir, 18 yaşlı təzə gəlin isə qadınların sığınacaq evinə yerləşdirilib.
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 29 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri