8 yaşlı qız gərdək gecəsi öldü - FACİƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 14 013
Səs ver:
(səs: 3)
Yəməndə 8 yaşlı qız toy gecəsi ölüb.

Qadınlar.biz-in lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Küveytin "Əl-Vətən” qəzeti yazıb.

Məlumata görə, Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hardih bölgəsində 8 yaşındakı Rəvan adlı qız özündən 5 dəfə böyük- 40 yaşlı kişiyə ərə verilib.

Gərdək gecəsi cinsi əlaqə nəticəsində qızda yaranmış qanaxma onun ölümünə səbəb olub.

Hadisə sosial mediadakı ərəblərin etirazına səbəb olub. Qızla evlənən şəxsin və onu ərə verən valideynlərin cəzalandırılması tələb edilir.

Qeyd edək ki, Yəməndə 2009-cu ildə qanuni evlənmə yaşı 17-yə qaldırılıb. Lakin sonradan bu qanunun "islam qaydalarına uyğun olmadığı” əsas gətirilərək, ləğv edilib. Hazırda bu ölkədə qızların 25 faizi 15 yaşına çatmamış evləndirilir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 14 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri