Göyçayın Qarağıdır kəndində yaşayan 27 yaşlı Gülxanım İbrahimova 5
il bundan əvvəl Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub.
Gülxanımın sözlərinə görə, həyat yoldaşının sonsuzluq problemi olub.
Qızın ailəsi iddia edir ki, oğlanın atası 42 ildir həmin kənddə məktəb
direktorunun müavini işləyən Rauf İbrahimov vaxtilə tələbəsi olan
gəlinini min bir yolla aldadaraq və gözünü qorxudaraq onu zorlayıb.
Gülxanım deyir ki, dəhşətli hadisədən sonra dəfələrlə özünə qəsd etmək
istəyib. Amma bundan xəbər tutan ərinin ailəsi isə hər vəchlə onun
qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan
gəlin bunu valideynlərindən gizlətsə də, qaynanası və ərindən
gizlətməyib. Amma ailə bunu ört-basdır etməyə çalışıb.
Şikayətçi
Gülxanım İbrahimova: "Deyirdi ki, o elə bir sözdür ailəndə, orda burda
açarsan. Heç kim sənə inanmayacaq. Sən belə götürəndə kimsən ki, məni
bütün kənddə-kəsəkdə tanıyırlar. Hamı bilir ki, mən Rəşid müəllimin
oğluyam. Mənə deyirdi, səni yatdığı yerdə öldürəcəm. O kəlməni desən, o
sözü desən. Mən də qaçdım getdim, xarabalığda bir ev vardı ora”.
Nəhayət
ata evinə qayıdan Gülxanım deyir ki, keçirdiyi psixi gərginliyin
zorlanmanın təsirindən dolayı yarandığını və sirri gizlətdiyini
valideynlərinə açır. Amma valideynləri ilk əvvəl də həmin ailənin ziyalı
olduğunu əsas gətirərək qızlarına inanmasalar da, sonradan polisə
şikayət ediblər.
Gülxanımın anası Solmaz İbrahimova: "Yaxşı ailə
olublar, müəllim ailəsi olublar vermişik. Cibləri yaxşı olub vermişik.
İndiyəcən yaxşı olublar. Oğlu da bir az fiziki cəhətdən nasazdır.
Uşaqdan ötrü deyib bu həyət bu baca kimə qalacaq. Qorxusundan deməyib.
Deyib əgər desən səni yerində öldürəcəm”.
Gülxanım və
valideynlırinin ittiham etdiyi ailədə də olduq. Qaynata razı olmasa da
qaynana, ingilis dili müəllimi Gülxar Məmmədova və Gülxanımım əri Rəşid
bildirdilər ki, ailəyə şər atılır. Onların sözlərinə görə, əslində
gəlinin 5 ildə bir sıra əxlaqsız hərəkətlərinə göz yumublar.
Gülxanımın
qaynanası Gülxar Məmmədova: "Bizim ailə sakit ailə olub, ömrümdə
söz-söhbət olmayıb. Gəlin də aldıq gətirdik. Bizim oğul da bir az
narahatdır. Gələndən sonra onun şıltaqlıqlarına göz yumduq, nalayiq
hərəkət elədi. Mesajın tutdum. Yenə də üstündən keçdim ki, uşaqdır
bilməyib, qanmayıb. Ondan sonra da davam elədi. Son vaxtlar da
aqressivləşdi”.
Gülxanımın əri Rəşid İbrahimov: "Mənim atam bu
kənddə ağsaqqaldır. Kənd onu tanıyır, başına and içir. Mən atamı elə
şeydə günahlandıra bilmərəm. Mənim atam elə yolun yolçusu deyil”.
Zərərçəkən
ailə rayon polis şöbəsinə şikayət edib. Ordan isə baxılması üçün iş
Prokurorluğa təhvil verilib. Prokurorluqdan isə bildirdilər ki, qız
tibbi ekspertizadan keçib və rəyi açıqlandıqdan sonra günahkarın kim
olacağı aydınlaşacaq”.