Dodağını, sinəsini şişirtmək üçün yarışa girən müğənnilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 15 625
Səs ver:
(səs: 3)
Səhnə gözəllik, gözəllik isə qurban tələb edir. Bu yolda kimi dodağından keçir, kimi burnundan, kimi qaşlarından, kimi də döşlərindən və bədəninin digər nahiyələrindən... Təbii ki, məqsəd birdir – gözəl görünmək. Azərbaycan tamaşaçısı qarşısına çıxan bir çox müğənnilər silikonludurlar. Onlardan bəziləri sinəsində, digərləri dodağında və ya yanlarında silikon gəzidirir. Ən təəccüblüsü isə qadın müğənnilərlə yanaşı, bəzi kişi sənətçilərin də silikondan istifadə etməsidir..

Qadinlar.Biz modern.az saytına istinadən plastik əməliyyat keçirərək bədənlərinə silikon yerləşdirmiş səhnə adamları haqda kiçik araşdırmasını təqdim edir.

Yəqin ki, müğənni Nadir Qafarzadənin əvvəlki görünüşü yadınızdadır. Diqqətlə baxanda sənətçinin burnunu əməliyyat etdirdiyi və dodaqlarının şişirdildiyi açıq-aşkar hiss olunur.

Xalq artisti Faiq Ağayev isə burnu ilə bağlı əməliyyat keçirib. Ağayevin 1988-ci ildəki görüntülərinə diqqət etdikdə bunu aydın sezmək olur. Onun da dodaqlarına silikon qoydurduğu deyilir. Müğənninin hətta bədəninin digər yerlərinə də silikon yerləşdirdiyinə dair məlumat var.

Əməkdar artist, aktrisa Sənubər İsgəndərli isə uzun müddət dodaqlarında gəzdirdiyi maddələrdən bu yaxınlarda azad oldu. Hətta aktrisa bu barədə mətbuata açıqlama da vermişdi.

Silikonlu müğənnilərdən danışarkən söhbəti xalq artisti Aygün Kazımovanın harasından başlayıb harasında bitirmək qəliz məsələdir. Sənətçinin indiyə kimi keçirdiyi plastik əməliyyatların sayı 20-yə yaxındır. Hətta onlardan birinin görüntüləri klip şəklində tamaşaçılara təqdim olunub. A.Kazımovanın dodaqlarında, sinəsində silikon gəzdirdiyi artıq hamıya məlumdur.

Müğənni Rəqsanə də plastik əməliyyatların sayına görə sənət aləminin rekordçularındandır. Müğənninin 1997-ci ildə olmuş toyuna baxanda şərhə ehtiyac qalmır. O, da silikonlu səhnə adamları sırasında ön yerlərdə dayanır. Sənətçi dodaqlarını və sinəsini dəyişdirib.

Xalq artisti İlhamə Quliyeva isə burnunu əməliyyat elətdirib. Primadonnanın 70-80-ci illərdəki görüntülərindən də aydın görünür ki, xanım Quliyeva burnunu əməliyyat etdirib. Primadonna da silikondan istifadə edən sənətkarlardandır.

Xalq artisti Nazpəri Dostəliyeva isə həm təbii burnunu, həm də dodaqlarını gözəllik naminə qurban verib. Amma insafən qeyd etmək lazımdır ki, bu əməliyyatlar elə də uğursuz alınmayıb.

Xalq artisti Nisə Qasımovayla bağlı son zamanlar yayılan xəbərlər sırasında "plastik əməliyyat etdirib” kimi fikirlərə rast gəlinir. Hətta o da bildirilir ki, sənətkarın əməliyyatı bir qədər uğursuz alındığından efirdən qaçır.

Xalq artisti Brilliant Dadaşovanın da indiki görkəminə baxanda plastik əməliyyat keçirdiyini deməmək olmur. Hər zaman şəxsi rejiminə diqqətlə yanaşan 55 yaşlı sənətçinin burnunda, dodaqlarında və ayaqlarında cərrah bıçağı "işləyib” və silikondan istifadə olunub.

Tamaşaçılara "İtkin gəlin” serialından tanış olan aktrisa, xalq artisti Məleykə Əsədova da müasir tibbin gözəlliyə verdiyi töhfədən yararlanan sənətçilər sırasındadır. Adətən əməliyyat etdirmədiyini söyləyən aktrisanın 20 il əvvəlki görüntüləri isə hər şeyi ortaya qoyur.

Müğənni Könül Kərimovanın Məhəbbət Kazımovla duet oxuduğu illər xatirinizdədir? Xatirinizdədirsə, deməli siz də razılaşarsınız ki, sənətçinin bir çox yerlərində plastik əməliyyat izi var, eləcə də "silikon izi”.

Müğənni Almaz Ələsgərova isə gözəllik üçün cərrah masasına təxminən 10 il əvvəl uzanıb. Amma ilk cəhd uğursuz alınıb. Burunu kəsdirən sənətçinin hazırkı görünüşü normaldır.

Rəhim Rəhimli
də bir vaxtlar "donqar” burnunu indiki görünüşünə dəyişdi. Amma onun da ilk əməliyyatının uğursuz olduğu bildirilir.

Estrada müğənnisi Röya Ayxan isə məşhur "W Trio”qrupunu tərk edəndən sonra səhnə fəaliyyətinə burnuna əl gəzdirməklə başladı. O da silikonlu sənətçilər sırasında yer alır.

Siyahı çox uzundur və bu sıraya xeyli tanınmış və tanınmamış müğənniləri əlavə etmək olar...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 15 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri