Zamiq Nanəni niyə almadı? – FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 14 462
Səs ver:
(səs: 4)
Müğənni və teleaparıcı aralarında olan münasibətlərdən danışdılar.

Azərbaycanın tanınmış aparıcısı Nanə Ağamalıyeva və müğənni Zamiqin yaxın günlərdə ailə quracağı barədə xəbərlər artıq bir neçə müddətdir ki, gündəmi zəbt edib.

Oxu.Az xəbər verir ki, dünən Nanənin İnstagramda gəlinlik paltarında şəkil yerləşdirib aşağıdakı bu sözləri yazması tezliklə şou-biznesdə yeni ulduz cütlüyün yaranacağı barədə söhbətlərin daha çox yayılması ilə nəticələnib:  

"Nəhayət ki, o gün gəlib çatdı. Həyatımın ən özəl günlərindən biridir. Allah hər bir qıza gəlinlik geyinməyi nəsib etsin.!

Zamiq Hüseynov və mən, yəqin ki, sizləri çox sevindərəcəyik. Çox gözəl gəlinliyim var. Partlayıram, paylaşmaq istəyirəm, amma bir təhər dözərəm. Bu gün saat 14:20 "Gün keçir” proqramında ilk dəfədir ki, canlı yayıma gəlinlikdə bu özəl günü paylaşacağıq”.

Lakin məhz dünən axşam "Gün keçir” proqramının efirində Zamiq və Nanənin sevgi əhvalatı ilə bağlı bütün şaiyələrə son qoyulub. Müğənni və teleaparıcı birgə bəyanat verərək bildiriblər ki, onların arasında heç bir romantik münasibət yoxdur, yalnız dostluq edirlər və mətbuatdan daha bu mövzuda yazmamağı xahiş ediblər.  

"Biz bir-birimizin toyunda şahid kimi iştirak edəcəyik” – deyə, Nanə Ağamalıyeva vurğulayıb...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 14 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri