Azərbaycanın ən seksual 20 qadını

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 21 686
Səs ver:
(səs: 6)
Dünyanın bir çox məşhur dərgiləri ölkələr üzrə ən varlı, ən seksual insanların siyahılarını dərc edir. 

Öz yazarlarımız arasında "Azərbaycanın ən seksual 20 qadını kimdir?” sorğusunu keçirdik. Sorğuda həmçinin Facebook istifadəçilərinin də rəyləri nəzərə alınıb.

Çalışdıq təqdim etdiyimiz siyahıda bir neçə sahədə fəaliyyət göstərən xanımların fotoları olsun.


Beləliklə, Azərbaycanın ən seksual 20 qadını…

1. Aysel Teymurzadə – Azərbaycanı "Eurovision – 2009” mahnı müsabiqəsində təmsil edən Aysel səsi, rəqsi, cazibədarlığı, gülüşü ilə ilk olaraq Araş Labafı, daha sonra Moskvanı heyran etdi. Yarışmada üçüncü olan duetin mahnısı və Ayselin ovsunlayıcı baxışları hələ də unudulmur.

2. Safura Əlizadə – "Eurovision” müsabiqəsində Ayseldən sonra təmsilçimiz olan Safura səsi, uzun boyu və saçları, iri gözləri, dodaqları ilə yadda qaldı. Saksafonla "Drip Drop” mahnısına yeni çalar qatan 20 yaşlı müğənninin sevənləri günbəgün artır.

3. Nura Suri – "Səndən öyrəndim”, "Yuxu yenidən” mahnıları ilə sevilən Nura hər zaman eleqant görünüşü, səliqəli və qabarıq olmayan makiyajı ilə qarşımıza çıxır. Müğənni üç uşaq anası olmasına baxmayaraq, hələ də çox seksual bədən quruluşuna malikdir.

4. Tunay Əliyeva– onu əvvəlcə model və teleaparıcı kimi, daha sonra "Əzizim Fellini” filmində aktrisa kimi tanıdıq. Buruq saçları, dəli-dolu danışıq tərzi, maraqlı geyimləri, ideal bədən quruluşu ilə model rekord müqavilələrə imza atır. Model ən son 1,000 000 Birləşmiş Ərəb Əmirliyi dihrəminə (300 min ABŞ dollar) müqavilə imzalamaqla Azərbaycanın "Ən Bahalı Model”i statusunu alıb.

5. Günay Musayeva – "Miss World Bikini – 2008” qalibi olan model hazırda fəaliyyətini Türkiyədə davam etdirir. Müsahibələrində "Mən türk kişilərindən daha çox diqqət gördüm, nəinki Azərbaycan kişilərindən” deyən Günay bizim kişilərin onun sənətinə olan laqeyd münasibətindən narazıdır.

6. Nigar Talıbova – əsasən model olaraq tanınsa da, müğənni kimi də fəaliyyət göstərib. 36 yaşlı model İstanbulda "Models” adlı kafe işlədir. Bu modelimiz də müsahibələrində kişilərdən xeyli narazılıq bildirir: "Nə indi, nə də sonrakı illərdə evlilik haqqında düşünmürəm. Ağılla, məntiqlə evlənmək mənlik deyil. Ərimin sağda-solda məni aldatdığını, mənimlə bərabər olduğu vaxt başqa qadınlara baxdığını görsəm, onu öldürə bilərəm”.

7. Röya Ayxan – evliliyi, oğlu və sənətini bir-birinə qarışdırmayan Röya ilk çıxdığı vaxtlarda çılpaq şəkilləri və əməliyyatları ilə gündəm yaratmışdı. Yerli jurnallardan birinə çılpaq pozalar verən Röya gənclərin "seks simvoluna” çevrilə bilmişdi.

8. Brilyant Dadaşova – Azərbaycanın xalq artisti cazibədarlığı, səsi, səhnə görünüşü, bədən quruluşu ilə cavan müğənniləri də geridə qoyur.

9. İradə İbrahimova – hazırda Azərbaycan əsilli türklə evli olan müğənninin artıq bir övladı var. Müğənnini mahnıları ilə yanaşı, ən çox sevdirən qarabuğdayı dəri rəngi, sadə makiyajı, zövqlü geyimləridir.

10. Xatirə İslam – adı son vaxtlar bank qalmaqallarında hallanan müğənni İslam Rzayevin tələbəsidir. Daha çox lirik mahnıları ilə sevilir. Müğənninin standart bədən quruluşu olmasa da, çox cəlbedici və seksualdır.

11. Züleyxa Akçurina – keçən il ana olan model əri Germanla qızını təqdim edəndə dostlarına: "Hələ çox doğacam” deyib. Modelin bu yaxınlarda evlənən Monako şahzadə ilə də sıx dostluğu, "Dəyirman” qrupu ilə "25 faiz” adlı mahnısı ilə mətbuatın marağına səbəb olub.

12. Elnarə – üç övlad anası Elnarə əvvəllər estrada mahnıları ifa etsə də, son vaxtlar kəskin dəyişərək rok üslubuna keçib. Müğənni yaratdığı "QAN” qrupu ilə vətənpərvər mahnılar ifa edir.

13. Natavan Həbibi – Röya və Elnarə ilə "W Trio” qrupunda çıxış edən Natavanın adı bir zamanlar müğənni həmkarı Elnurla çəkilirdi. Daha sonra Zamiqlə sıx dostluğu ilə gündəmə gəldi.

14. Andrea Manteo – əsl soyadı Kərimova olan 25 yaşlı model Azərbaycanda sensasiya yaratmışdı. Rumıniyada azərbaycanlı ailəsində doğulan model "Playboy” və "Maxim” kimi jurnalların üz qabığını bəzəyib.

15. Oksana Rəsulova – hind rəqsləri ifaçısı olan Oksananın son vaxtlar adı reper Elşad Xose ilə birgə çəkilir. Reperlə evlənməyə hazırlaşan rəqqasə: "Şou biznesdə bir çoxlarını həyatımdan tamam silmişəm” deyə bildirib.

16. Kamilə Babayeva – jurnalist kimi fəaliyyətinə başlayan Kamilə daha sonra "ABA” televiziyasında işləyib. Bir müddət Türkiyədə teleaparıcı kimi çalışıb. Hazırda "Aramızda qalsın” serialında baş rollardan birini ifa edir.

17. Aygün Kazımova – adı meyxanaçı Namiq Qaraçuxurlu ilə birgə çəkilən xalq artisti bir zamanlar "seks simvol” sayılırdı…

18. Validə Abbasova – vaxtı ilə "Miss Azərbaycan” olan model…

19. Vəfa Zeynalova – iki əkiz qızı olan aktrisa hələ də plastikası, gözəl bədən quruluşu və cəsarətli rolları ilə sevilir.

20. Nuridə Atəşi – erotik şeirləri ilə tanınan şairə hazırda Almaniyada yaşayır.

 
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 21 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri