Bıçaq gücü ilə qardaşı arvadıyla cinsi əlaqədə oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 15 592
Səs ver:
(səs: 3)

1974-cü ildə Gəncə şəhərində anadan olmuş E.Ə. 25 noyabr 2011-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin hamamında çimdikdən sonra onunla eyni evdə yaşayan qardaşı S. Ə.-in arvadı T. Ə. ilə zorla cinsi əlaqədə olmaq istəyib.


Qadinlar.Biz`in xəbər verir ki, E. Ə. hamamdan çıxandan sonra T. Ə. ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə paltar geyinmədən dəsmala bürünərək dəhlizə çıxıb. E. Ə. həmin vaxt özü ilə bıçaq da götürüb.

Həmin vaxt E. Ə. dəhlizdə olan T. Ə.-yə onunla cinsi əlaqədə olmağı təklif edib. T. Ə. onun bu təklifini rədd eib. Bu zaman E. Ə. əlindəki bıçağı nümayiş etdirərək T. Ə.-ni öldürməklə hədələyib. Onu azyaşlı oğlu R. Ə.-in gözü qarşısında zorlamağa cəhd edib.

Zorlamağa cəhd, silah, narkotik…

Belə ki, E. Ə. qardaşı arvadının əynindəki xalatın yaxasından dartıb cırıb, sonra əli ilə T. Ə.-yə bədən xəsarəti yetirib. O, qardaşı arvadını döşəmə üzərinə yıxaraq onunla zorla cinsi əlaqədə olmağa cəhd edib. Lakin T. Ə. aktiv müqavimət göstərib. O, evin dəhlizindəki qırıq stolun taxta parçası ilə E. Ə.-nin baş nahiyyəsindən vuraraq özündən kənara itələyib. Bundan sonra T. Ə. evdən qaçıb.

Bundan başqa, E. Ə. istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 0,281 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 144,82 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib. O, heroini üstündə saxlamaqla daşıyıb, marixuananı isə yaşadığı evdə yatdığı otaqda olan divanın altında saxlayıb. 26 noyabr 2011-ci il tarixdə keçirilən baxış zamanı qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülüb.

Bu əməlləri ilə E. Ə. Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Cinayət işinə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Narkotik maddə qəbul etmirəm və namaz qılıram”

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən E. Ə. Cinayət Məcəlləsinin 29, 149.2.4 və 234.1-ci maddələri ilə özünü təqsirli bilməyib. O, həmin Məcəllənin 228.4-cü maddəsi ilə özünü təqsirli bilərək göstərib ki, üstündən və yaşadığı evdən aşkar olunmuş narkotik maddə olan heroin və marixuana ona məxsus deyil:

"Hazırda narkotik maddə qəbul etmirəm və namaz qılıram. Noyabrın 25-dən 26-na keçən gecə yaşadığım küçədə səs-küy saldığım üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin polis əməkdaşları məni idarəyə gətirdilər. Həmin gecəni polis idarəsində qalmışam. Orada üstümə iki dəfə baxış keçirilib.

Üstümdə olan əşyaları götürüblər. Lakin üstümdən narkotik vasitə aşkar olunmayıb. Noyabrın 26-da, saat 10 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsində Sulduz müəllim cibimə narkotik vasitə atıb. Ona etirazımı bildirmişəm ki, narkotik vasitə mənə məxsus deyil. Həmin idarənin polis əməkdaşları Sulduz, Rəşad və tanımadığım polis işçiləri məni döyüblər. Yaşadığım evin otağında aşkar olunmuş marixuana da mənə məxsus olmayıb. Kiminsə tərəfindən həmin narkotik vasitə yaşadığım otağa qoyulub.

Məndə heç bir zaman narkotik vasitə olmayıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsində cibimdən aşkar edilmiş bir ədəd bıçaq mənə məxsus olub. Həmin bıçağı bir ay əvvəl Gəncə şəhər Mərkəzi Kolxoz bazarından tanımadığım bir şəxsdən almışam”.

"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qardaşı arvadını zorlamağa cəhd etməsi ittihamından danışıb:

"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm. Onu bıçaqla hədələməmişəm. Bunlar hamısı şər və böhtandır. Noyabrın 25-də qardaşım, qardaşım arvadı və qardaşım arvadının bacısı ilə yaşadığım ev üstündə mübahisələrimiz olub. Əvvəllər qardaşım və onun arvadı ilə münasibətlərimiz yaxşı olub. Qardaşım arvadının borcu olduğu üçün qapıya gələn borc sahiblərinə görə aramızda mübahisə yaranıb.

Dəfələrlə qardaşıma və qardaşım arvadına demişəm ki, borc sahiblərini qapıya gətirməsinlər, ayıbdır. Qardaşım arvadının bacısı mənimlə mülk mübahisələrimizə qarışıb. Noyabrın 25-də qardaşım arvadının uşaqlarının birinin ad günü olub. Həmin vaxt axşama kimi qardaşım arvadının yaxın qohumları evdə olublar. Qardaşım arvadını zorlamağa cəhd etməmişəm. Heç zaman belə bir fikrim olmayıb”.

"Qaynım mənə qarşı əxlaqsız hərəkət etdiyinə görə, qayınatam evdən gedib”

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş T. Ə. bildirib ki, S. Ə. ilə ailə həyatı qurub və həmin vaxtdan etibarən Vaqif küçəsində evlərdən birində yaşayıblar:

"S. Ə. ilə birgə nikahdan üç oğlum anadan olub. Qayınım E. Ə. 2011-ci ilin əvvəllərində həbsdən azad olunduqdan sonra bizimlə birlikdə yaşamağa başlayıb. Qayınatam da bizimlə yaşayıb. E. Ə. narkotik vasitə istifadə etdiyinə və məni qarşı əxlaqsız hərəkətlər etdiyinə görə qayınatam evdən gedib. Təqribən altı ay əvvəl E. Ə. həyat yoldaşım və qayınatam evdə olmayan zaman mənə "ölürəm səndən ötrü, səni istəyirəm, nəyə görə qardaşıma ərə gəlmisən, sən mənə yaraşırsan, qardaşıma yaraşmırsan, balaca uşağı da götür evdən qaçıb gedək, sən mənim olmalısan” dedi. Mən də rüsvayçılıq olmasın deyə E. Ə.-nin sözlərinə əhəmiyyət vermədim, ona baş qoşmadım”.

"Son altı ay ərzində qaynım mənə qarşı əxlaqsız təkliflər edib”

Zərərçəkmiş daha sonra qeyd edib ki, qaynı əvvəllər ona əxlaqsız təkliflər etsə də, əl-qol atmayıb:

"Son altı ay ərzində qaynım mənə qarşı əxlaqsız təkliflər edib. Lakin heç bir əhəmiyyət verməmişəm. E. Ə.-dən qorxduğumdan onun əxlaqsız təklifləri barədə qayınatama demişəm. Qayınatam isə mənə "S. Ə.-yə demə, qardaş qırğını salma, onsuz da E. Ə. tutulub gedəcək” deyib. Bu barədə böyük bacıma demişəm”.

"Qaynım mənə "get qapını bağla, gəl girək hamama” dedi”

Zərərçəkmiş daha sonra qaynı tərəfindən zorakılığa məruz qaldığl günü belə danışıb:

"Noyabrın 25-də saat 17 radələrində evdə tək olduğu zaman qaynım otaqdan çıxdı. Qaynım mənə "get qapını bağla, gəl girək hamama” dedi. Mən də ona "rədd ol buradan, sən nə danışırsan” deyə cavab verdim. E. Ə. isə heç nə deməyib hamama girdi”.

"Məni özünə tərəf dartaraq "səni istəyirəm” dedi və qucaqlayaraq öpmək istədi”

Zərərçəkmiş ifadəsində bildirib ki, bir qədər sonra hamamın qabağından mətbəxə getmək istəyərkən E. Ə. hamamdan çıxıb:

"Həmin vaxt E. Ə.-nin əynində paltarları olmayıb. O, qurşaqdan aşağı hamam dəsmalı ilə bürələnmişdi. Əlində bıçaq vardı. Dərhal üzümü yana çevirib otağa getmək istəyəndə E. Ə. arxadan mənim xalatımdan tutdu və qabağıma keçdi. Qaynım məni özünə tərəf dartaraq "səni istəyirəm” dedi və qucaqlayaraq öpmək istədi. Həmin vaxt hamam dəsmalı yerə düşdü və E. Ə. lüt vəziyyətdə oldu. Əsəbi halda E. Ə. "ayıbdır, sən mənim qaynımsan, ərim bilər, səni öldürər” dedim. Lakin E. Ə. əlindəki bıçağı göstərək "mənimlə olmasan, səni öldürəcəm” dedi”.

"Hadisəni böyük oğlum görüb”

Zərərçəkmişin sözlərinə görə, E. Ə. onu çəkərək dəhlizdə yerə yıxıb:

"E, Ə. yerdə sol döşümdən tutaraq bərkdən sıxdı. Onunla süpürləşən zaman xalatım ön tərəfdən cırıldı. Yerə yıxılandan sonra ayağa qalxdım. Dəhlizdə olan qırıq stolun ayağını götürərək başından vurdum. E. Ə. qışqıran zaman uşaqlarım evin aynabəndindən ağlaya-ağlaya yanımıza gəldilər. Hadisəni sadəcə böyük oğlum görüb. Uşaqlar gələndən sonra E. Ə.-nin əlindən çıxdım. Uşaqlarımı da götürüb xalatı cırıq vəziyyətdə küçəyə qaçdım. Küçədə bacıma zəng etdim. Onu evimə çağırdım. E. Ə. isə paltarlarını geyinərək küçəyə çıxdı və harasa getdi. Bacım gələndən sonra birlikdə evə girdik. Əynimi dəyişəndən sonra ərimə zəng etdim və onu evə çağırdım. Bacımla baş vermiş hadisəni ərimə danışdım. Ərim isə əsəbləşərək nəyə görə bunu əvvəlcədən demədiyimi soruşdu. Sonra ərim E. Ə. zəng edərək onu evə çağırdı. Lakin E. Ə. evə gəlmədi. Səhəri gün ərimlə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedərək bu barədə ərizə ilə müraciət etdik”.

"Oğlanlarım arasında mübahisə olduğu üçün evdən getdim”

Təqsirləndirilən şəxsin atası da danışıb. Onun atası İ. Ə. bildirib ki, E. Ə. onun oğludur:

"T. Ə. oğlum S. Ə.-nin arvadıdır. Onlar və uşaqları mənimlə bir yerdə yaşayıblar. E. Ə. əvvəllər dəfələrlə həbsdə olub. Digər oğlum E. Ə. həbsdən qayıdandan sonra mənimlə birlikdə yaşamağa başlayıb. Əvvəllər E. Ə. ilə T. Ə.-nin münasibətləri yaxşı olub. Sonradan oğlanlarım arasında söz-söhbət olduğu üçün evdən çıxıb gedərək anamın evində yaşamışam”.

Qaynı tərəfindən zorlanan qadının əri də danışdı…

Qaynı tərəfindən zorlanan qadının əri S. Ə. bildirib ki, qardaşı E. Ə. axırıncı dəfə təxminən 9 ay əvvəl azadlığa buraxılıb və həmin vaxtdan onlarla birlikdə yaşayıb:

"Noyabrın 25-də, saat 19-20 radələrində T. Ə. mənə zəng etdi, məni evə çağırdı. Arvadım E. Ə.-nin dəfələrlə evdə onu zorlamaq istəməsini, qorxduğu üçün əvvəllər bu barədə demədiyini bildirdi. Ondan hadisənin necə baş verdiyini soruşdum. Bildirdi ki, E. Ə. hamamda çimirmiş, həmin vaxt bu mətbəxdə olub. Bu vaxt E. Ə. tam lüt vəziyyətdə əlində bıçaq onun üstünə tərəf gəlib. O, arvadımla cinsi əlaqədə olmağı təklifi edib. Arvadım isə ona "ayıbdır, sən mənim qayınımsan, ərim bilər, səni öldürər” deyib. Bu sözlərdən sonra E. Ə. daha da coşub. O, arvadımın xalatını dartıb cıraraq soyundurmaq və yerə yıxmaq istəyib. Arvadım qardaşımla süpürləşib, birtəhər onun əlindən çıxaraq, evdə olan taxta parçası ilə E. Ə.-nin başından zərbə endirib.

E. Ə. yenə də ondan əl çəkmədiyini görən arvadım uşaqları da götürərək evdən küçəyə çıxıb. Bu söhbətə görə qardaşıma zəng edib onunla işimin olduğunu bildirdim və evə çağırdım. Amma gəlmədi. Sonra E. Ə. Gəncə şəhər 3 saylı xəstəxananın yanında olduğunu bildirdi. Lakin gedib orada tapa bilmədim. Evə qayıdan zaman E. Ə.-nin qonşuluqda yaşayan polis əməkdaşının yanında olduğunu gördüm. Onu kənara çəkib söhbət etmək istədim. Amma E. Ə. mənə nalayiq söyüşlər söydü. Noyabrın 26-da arvadım ilə birlikdə Nizami rayon Polis İdarəsinin gedərək ərizə ilə müraciət etdim”.

Həbs və narkomaniyadan məcburi müalicə…

Məhkəmənin hökmü ilə E.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin E.Ə.-nin narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəticəsinə gəlib. Buna görə də, məhkəmə E.Ə.-yə narkomaniyadan məcburi müalicə tətbiq edilməsi barədə qərar qəbul edib.

Həmin hökmdən apelyasiya şikayəti verən E. Ə. zorlama ittihamı üzrə bəraət istəyib. E. Ə. apelyasiya şikayətini əsaslandırmaq üçün göstərib ki, üstündə narkotik vasitə olmayıb. O, qardaşı arvadını zorlamadığını da apelyasiya şikayətində qeyd edib. O, məhkəmədən barəsində ədalətli cəzanın verilməsini xahiş edib.

Sonda zorlama cinayəti sübuta yetirilməyib…

E. Ə. apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində hakim Şamil Rzaquliyevin sədrliyi ilə baxılıb. Apelyasiya instansiyasında da aparılan məhkəmə araşdırmasının sonunda qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunub. Məhkəmə E. Ə. ittiham olunduğu zorlama ittihamını sübuta yetirməyib və həmin ittiham üzrə ona bəraət verib. Zorlama ittihamı çıxılıb. Məhkəmə E. Ə. Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz silah gəzdirmə) və 234.1-ci (qanunsuz narkotik vasitə saxlama) maddələri ilə təqsirli bilib və onun barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 15 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri