Qadın müğənnilərimizin “saxlayanları” kimdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 46 739
Səs ver:
(səs: 3)
Azərbaycanda bir çox müğənnilərin sponsorunun olması yəqin ki, heç kim üçün gizli deyil. Bəziləri məhz iifasını bəyəndiyindən, bəziləri də məhz simpatiyaları olduğundan müğənnilərə dəstək göstərirlər.

Qadinlar.Biz kiv.az-a istinaden öz araşdırma yazısında indiyə qədər adı müxtəlif qadın müğənnilərlə bir arada hallanan "qəhrəman”lardan bəhs edəcək.


Rza Zərrab. Bu Azərbaycan əsilli iş adamı bir vaxtlar Azəri qızı Günelin hamisi idi. Deyilənə görə, aralarında bir eşq də yaşanmışdı. Sonradan Rza bəy könlünü Ebru Gündəşə verdi. İndi onun üçün hətta ferma belə alıb. Amma o, Günelə də çoxlu pul buraxıb. Türkiyə mətbuatının yazdığına görə, söhbət 700 min dollara yaxın paradan gedir.


Rəqsanə. Moskvada, "Timiryazevski” metrostansiyasının yaxınlığındakı "Oğuz” restoranında əvvəl qabyuyan, sonra ofisiant kimi işə başlayan Rəqsanənin ulduzu günlərin bir günü restoranda çıxış edəcək müğənninin qəfil xəstələnməsi olub. Restoran müdiriyyətinə deyib ki, səsi var, bu gecəni yola verə bilər. İnsafən verib də. Elə o gecədən etibarən olub "Oğuz” gecə həyatının aparıcısı. İlkin dövrdə ona elə restoranın sahibi hamilik edib. Sonra araları dəyib. Rəqsanə Bakyıa qayıtdıqdan sonra artıq qismən populyar idi.


Xatirə İslam. İslam Rzayevin şərəfinə bu adı özünə təxəllüs götürməsi haqqında məlumatlar dolaşsa da, sonradan İslamın "Texnikabank”da çalışan yüksək vəzifəli birisinin oğlu olduğu deyildi. Xatirəyə azından 500 min dollara yaxın pul xərclədiyi bildirilir.


Ruhi. O qədər də uğurlu müğənni olmasa da, hamisi çox güclüdür. Söhbət Putinin dostu İlham Rəhimovdan gedir. Rəhimov nəinki onun yaradıcılığını maliyyələşdirib, hətta biznesinin qurulmasına belə yardım edib. Hazırda Bakıda Ruhi xanıma məxsus brilyant məmulatları mağazası var. Qeyri-rəsmi xəbərlərə görə, müğənni və Rəhimov nikaha giriblər. Artıq nigahları pozulsa da, Ruhi biznesmen kimi öz ehtiyaclarını ödəyə bilir.


Tünzalə Ağayeva. Tovuzda kiçik bir musiqi məktəbindən çıxmış bu müğənni az bir zamanda orijinal ifası ilə populyarlıq qazana bildi. Əri Rəhmandan boşanandan sonra demək olar ki, tək qalan Tünzalənin köməyinə indi sahibkarladan birinin çatdığı iddia olunur. Hətta keçmiş əri öz açıqlamalarında bunu iddia edərək, Tünzalənin başqa kişi ilə yaşadığını etiraf etmişdi.


Aygün Kazımova. Bu adamın əsas hamisi elə özüdür desək yanılmarıq. Amma səhnədə ilk addımlarını atanda ona keçmiş əri, polis işçisi İlqar dəstək olub. Sonradan İlqarla yollarını ayıran Aygün təkbşına mübarizə aparıb. Az sonra isə Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə eşq yaşayıb. Quliyevlər vurulanda isə Aygün artıq populyar idi.
Siyahını bir az da davam etdirmək olardı. Mövzuya qayıdacağıq.


Azər Əlioğlu

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 46 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri