Xalq artistinin qızı soyadından imtina etdi

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 8 726
Səs ver:
(səs: 2)

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə "İbrahimova" soyadından imtina edib.


Bu haqda A.Kazımova "Pərdə” verilişinə açıqlamasında deyib. O, qızının hər zaman onun soyadını daşımaq istədiyini bildirib.

"İlqarə həmişə deyirdi ki, mən də Kazımova olmaq istəyirəm. Mən də razılaşdım. İndi o, İlqarə Kazımovadır və hər zaman da belə qalacaq” deyən xalq artisti qızının müğənnilik sənəti ilə bundan sonra ciddi məşğul olacağını söyləyib:

"Uşaq vaxtlarında ona dəstək oldum, birlikdə səhnəyə çıxardım. İndi isə böyüyüb, sənəti ilə özü məşğul olmaq istəyir. Murad Arifdən yeni mahnı alıb. Sinan Akçıl da onun üçün bir bəstə hazırlayır. Qızımın ilk solo konsertini Nahid Emiloğlu təşkil edəcək. Mən də hər zaman onun yanında olacam”.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri